Abdulla Əmiraslanov

Abdulla Əmiraslanov — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.[1]

Abdulla Əmiraslanov
Əmiraslanov Abdulla İslam oğlu
Doğum tarixi (74 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Gəncə şəhəri
Fəaliyyəti rəssam
Təhsili Əzim Əzimzadə adına Bakı Dövlət rəssamlıq Məktəbi, Tibilisi Dövlət Rəssamlıq Akademiyası

Əmiraslanov Abdulla İslam oğlu 13 avqust 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Dövlət rəssamlıq Məktəbini, 1981-ci ildə Tibilisi Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Abdulla Əmiraslanov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 1993-cü ildə Bakıda fərdi yaradıcılıq sərgisi açılmışdır. Rəssam 1971-ci ildən bu günə kimi beynəlxalq və respublika sərgilərində iştirak edib və diplomlara layiq görülmüşdür. Abdulla Əmiraslanov 1973-cü ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssam beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, TürkiyəAzərbaycanda nümayiş edilmişdir. Azərbaycanlı rəssamın "Aşıq Ələsgər" qrafik əsəri sərginin diplomuna və pul mükafatına layiq görülüb. A. Əmiraslanov Türkiyə, İtaliya, Meksika, DanimarkaPolşada keçirilən sərgilərin də iştirakçısı olub. [2] [3]

  1. "Arxivlənmiş surət". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
  2. https://azertag.az/xeber/AZARBAYCANLI_RASSAMIN_ASARI_BEYNALXALQ_SARGIDA_MUKAFATA_LAYIQ_GORULMUSDUR-471739
  3. http://az.baku-art.com/index.php?newsid=2429#.WzoABXT-rqA