Abdulla İbrahim oğlu Muxtarov (24 dekabr 1918, Saxur, Dağıstan MSSR – 17 may 2013)— Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü[1].
24 dekabr 1918-ci ildə Dağıstan Muxtar Respublikasının Rutul rayonunun Saxur kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur[2]. Milliyətcə saxurdur.
Bakı Dövlət Universitetinin professoru, Evli idi. İki övladı var. 17 may, 2013-cü ildə vəfat edib.
- "Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı" — 1969;
- "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı — 1970;
- "1974-cü il sosialist yarışının qalibi" — 1974;
- "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı — 1975
- "Şərəf nişanı" ordeni — 1978;
- "SSRİ-nin təhsil əlaçısı" medalı — 1980;
- "Əmək veteranı" medalı — 1981;
- Azərbaycanın Əməkdar Elm Xadimi — 1992;
- Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 1998;
- BDU-nun "Xatirə" medalı — 1998
- Statistik fizika (1961)
- Kvant mexanikası (1999)
Xarici ölkələrdə 50-yə yaxn elmi əsəri çap edilmişdir. Əsas elmi nailiyyətləri aşağıdakılardır:
- Elmi rəhbərimlə birgə (Sokolov A.A.) Fermionları uzununa (spirallığı), fotonların xətti dairəvi polyarizasiyasını nəzərə alan metod təklif etmişik (1948-ci il).
- Həmin metod mənim tərəfimdən ixtiyari istiqamətli polyarizasiyanı nəzərə almaq üçün ümumiləşdirilmişdir (1963-cü il).
- Azərbaycanda nəzəri fizika məktəbini yaratmışam.
- Yüksək enerjili polyarizə olunmuş zərrəciklərin elektrodinamikasının yaradılmasında intensiv iştirak etmişəm. İlk dəfə spinləri 3/2, 5/2, 7/2 və t/2 olan zərrəciklərin propaqatorlarını qurmuşam.
- Bu əsasda ete- dəstələrinin fermionlara, adronlara, bozonlara, rezonanslara və başqa zərrəciklərə çevrilməsi istiqamətində böyük həcmdə tədqiqat işi aparılmış və təcrübə ilə müqayisə edilmişdir, yaxşı uyğunluq alınmışdır.
- Zəif-elektromaqnit qarşılıqlı təsirlərin standart modelində fərz olunan Z-bozondan əlavə Z'-bozonun da varlığını tələb edən EtxE8 modelində tədqiqat işləri aparılmışdır[3].