Abdullah Çatlı

Abdullah Çatlı (1 iyun 1956, Nevşəhər3 noyabr 1996, Susurluq, Balıkəsir ili) — gizli dövlət xəfiyyəsi və əks-partizan mənsubu. 1996-cı ildə Balıkəsir ilinin Susurluq məhəlləsi yaxınlarında tarixə Susurluq qəzası kimi keçən qəzada həlak olub. Qəza vaxtı Çatlının yanında, arxa sol tərəfində oturan Qönçə Us və maşını sürən təhlükəsizlik müdiri Hüseyn Qocadağ da ölmüşdür. Maşının içindəki dörd nəfərdən yalnız DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Edip Bucaq sağ qalmışdır.

Abdullah Çatlı
türk. Abdullah Çatlı
Digər adı Mehmet Özbay
Doğum tarixi 1 iyun 1956(1956-06-01)
Doğum yeri
Vəfat tarixi 3 noyabr 1996(1996-11-03) (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Həyat yoldaşı Maral Aydoğan
Uşaqları Gökçən Çatlı
Selcən Çatlı
Atası Ahmet
Anası Rəmziyə
Milliyyəti Türk
Təhsili
Fəaliyyəti Gizli dövlət xəfiyyəsi, Mafiya
Fəaliyyət illəri 1974–1996
Partiyası

1977-ci ildə İdeal Təhsil və Mədəniyyət Ankara Başçılığına, 25 may 1978-ci ildə isə İdeal Gənclik Dərnəyi Ümumi Başçı Köməkçisi seçilmişdir. 11 iyul 1978-ci ildə Ankarada Hacəttəpə Universteti müəllimlərindən Dr. Bedrettin Cömərtin öldürülməsində fəal olaraq iştirak etdiyi ortaya çıxdı və Ankara 5. Sülh Cəza Məhkəməsi tərəfindən qiyabi olarağ həbs olunmasına qərar verildi. 23 avqust 1978-ci ildə Sakarya məhəlləsində tutularaq həbs edildi. Abdullah Çatlı 9 oktyabr 1978-ci ildə Ankara Bahçelievlər yaxınlığında 7 TİP (Türkiyə İşçi Partiyası)-lının öldürülməsi hadisəsinin planlayıcısı və baş günahkarı olarağ bilindi, lakin hadisədən 4 il 4ay keçdikdən sonra həbs olundu.

Abdullah Çatlı 12 sentyabr zərbəsi zamanı Türkiyə xaricinə çıxdı. Bolqarıstan və Viyanada bir müddət qaldı. 22 fevral 1982-ci ildə İsveçrədə Mehmet Özbay adına pasport ilə tutuldu, lakin azad edildi. 22 sentyabr 1983-cü ildə Parisdə MİT (Milli İstihbarat Təşkilatı) ilə əlaqəyə girdi və ASALA terror təşkilatına qarşı 5 əməliyyatda iştirak etdi. 22 sentyabr 1984-cü ildə Parisdə həbs edildiyi zaman üstündən Həsən Qurdoğlu adına pasport çıxdı. Çatlı Fransada 7 il həbs cəzası aldı. 16 sentyabr 1985-ci ildə Papa sui-qəsdi iddiasında şahid qismində iştirak etdi. Oral Çəlik sui-qəsdi ilə əlaqəsinin olmadığı, Bolqar xəfiyyə Ağcanın öldürəcəyini iddia etdi. Çatlı qısa bir müddət sonra Fransa tərəfindən 7 il cəza aldığı İsveçrəyə qaytarıldı. 21 mart 1990-cı ildə Bostadel həbsxanasından qaçdı.

1993-cü ildə Türkiyəyə gələn və istifadə etdiyi Şahin Ekli adına düzəldilmiş pasport ilə tutulan Çatlı həmin tarixdə də sərbəst buraxıldı.

Abdullah Çatlı 26 aprel 1996-cı ildə Ömər Lütfü Topal ilə eyni təyyarədə Kiprə getdiyi və eyni oteldə qaldığdan sonra 1 may 1996-cı ildə geri döndüyüdə qeydlərdə ortaya çıxdı.

Populyar mədəniyyətə təsirləri

[redaktə | mənbəni redaktə et]

Abdullah Çatlının qızı Gökçən Çatlı müsahibəsində Qurdlar Vadisi teleserialının baş qəhrəmanı Polad Ələmdarın atasına çox bənzədiyini bildirib.[1] Abdullah Çatlının qardaşı Zəki Çatlı bir köşə yazarına Qurdlar Vadisi teleserialı başlamamışdan əvvəl teleserialın konseptual məsləhətçisi Soner Yalçının özü ilə qardaşı haqqında görüşdüyünü və söhbət etdiklərini bildirib. Zəki Çatlı söhbətdə qardaşının xatirələrini, istifadə etdiyi sözlərinin danışıldığını daha sonra qardaşına aid sözlərin Qurdlar Vadisi teleserialında gördüyünü bildirib. Zəki Çatlı qardaşının Şeyx Şamilə aid "Sonunu düşünən qəhrəman olmaz" sözünü çox istifadə etdiyi və bunu Sonər Yalçına danışdığını bildirərək Qurdlar Vadisində fenomen olan bu sözün istifadə edilməsinə diqqət çəkdi. Zəki Çatlı deyib ki, bir gün böyük qardaşı Abdullah Çatlı ona zəng edərək, "Sabah burada qatar qəzası olacaq. Ölən adamın üzərindən mənim şəxsiyyət vəsiqəm çıxsa inanmayın, amma rolunuzu yaxşı oynayın." O, bu xatirəni Soner Yalçına danışdığını və teleserialda Əli Candan adlı obrazın qəza nəticəsində ölməsi və üzünün plastik əməliyyatla dəyişdirilməsi hadisəsinin məhz bu xatirə üçün uydurulmuş ola biləcəyini deyib.[2] Bəzi köşə yazarları tərəfindən Polad Ələmdar adlı obrazın mafiya başçısı olması və dövlət adına bəzi hərəkətlər etdiyi səbəbi ilə Abdullah Çatlını təmsil etdiyini iddia edib. Teleserialın prodüserləri bu iddianı nə təkzib, nə də qəbul ediblər.[3]

  1. "POLAT ALEMDAR, ABDULLAH ÇATLI MI?". habervitrini.com (türk). 12 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2012.
  2. "Polat Alemdar aslında Abdullah Çatlı". gazeteciler.com (türk). 7 avqust 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2012.
  3. "Polat Alemdar medyaya karşı". milliyet.com.tr (türk). 16 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]