Abdurrəhman Tutdərə (1976, Adıyaman) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]
Abdurrəhman Tutdərə | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin XXVII və XXVIII çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2023, 2018 — Adıyaman ili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1976 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Abdurrəhman Tutdərə 1976-cı ildə Adıyaman ilində anadan olub. Atatürk Universitetinin Hüquq bölməsindən məzun olub.[1]
2001-ci ildən Adıyaman Vəkillər Kollegiyasında çalışıb. Adıyaman Vəkillər Kollegiyasında sədr müavini, Türkiyə Vəkillər Kollegiyasında Uşaq hüquqları Şurasının üzvü vəzifələrində təmsil olunub.[1]
Siyasətə 1998-ci ildə Cümhuriyyət Xalq Partiyası Adıyaman ili gənclər qanadında qoşulub. 2018 və 2023-cü illərdə Adıyaman ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27-ci çağırışda Konstitusiya Komissiyası, 28-ci çağırışda isə İnsan Hüquqları Komissiyasının üzvü olub.[1]
Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.[1]