Abel Makaşvili

Abel Makaşvili (gürc. აბელ მაყაშვილი) və ya Avel Makayev (rus. Авель Макаев) — rus, gürcü və azərbaycanlı hərbçi, Rusiya İmperator Ordusunun general-mayoru.[1] Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə hərbi məktəbinin direktoru.[2]

Abel Makaşvili
gürc. აბელ მაყაშვილი
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Rütbəsi General-mayor
Döyüşlər Birinci Dünya müharibəsi
Təltifləri II dərəcəli Müqəddəs Stanislav ordeni I dərəcəli Müqəddəs Stanislav ordeni II dərəcəli "Müqəddəs Anna" ordeni IV dərəcəli Müqəddəs Vladimir ordeni III dərəcəli Müqəddəs Vladimir ordeni Georgi silahı

Abel Makaşvili 1860-cı il iyunun 6-da anadan olub. O, gürcü zadəgan nəslindən çıxmışdı. Ümumi təhsilini Yelizavetqrad hərbi progimnaziyasında alıb.

Hərbi karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

11 avqust 1877-ci ildə hərbi xidmətə başlamışdır. Kazan piyada yunker məktəbini bitirdikdən sonra, 1880-ci il noyabrın 30-da praporşik kimi 164-cü Zaqatala piyada alayına göndәrilib. 17 dekabr 1881-ci ildə podporuçik, 17 dekabr 1885-ci ildə poruçik, 15 mart 1890-cı ildə isə ştabs-kapitan rütbəsinə yüksəlmişdir.

Zabit piyada məktəbini uğurla bitirib. Kapitan rütbəsində bölük komandiri təyin edilib. 26 fevral 1905-ci ildə podpolkovnik rütbəsinə yüksəlib.[3] Sonra il ərzində batalyon komandiri olub. 1 yanvar 1909-cu il məlumatına əsasən, Başqatıqlar ehtiyat batalyonunda yer alıb. 25 iyun 1914-cü ildə 202-ci Qori piyada alayının komandiri təyin olunub.

Birinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Birinci Dünya müharibəsi

Birinci dünya müharibəsi iştirakçısıdır. 1914-cü il oktyabrın 9-dan 16-cı qrenader Meqrel alayının komandiri olub. 1915-ci ildə general-mayor rütbəsinə yüksəlib.

3 noyabr 1916-cı il tarixli "İskra" jurnalından:

Knyaz Makayev bizim cəsur diviziyalardan birinin komandiridir. Knyaz daim öz əsgərləri arasında səngərlərdə yaşayır, səngər həyatının bütün ağırlığını onlarla bölüşür. Onun əlində heç vaxt ayrılmadığı əsası olur, onun köməyi ilə o, səngərlərdəki yoxlamaları həyata keçirir. O əsgərlər arasında öz hədsiz qoçaqlığı və populyarlığı ilə tanınır. Əsgərlər onu "bizim səngər generalımız" adlandırırlar.[4]

1917-ci ilin martında müvəqqəti olaraq Qafqaz qrenader diviziyasının komandanı olub. 202-ci Qori piyada alayına müvəqqəti komandanlıq etdiyi zaman fərqləndiyinə görə Georgi silahı (4 mart 1917-ci il) ilə təltif olunub. 26 aprel 1917-ci ildən 1-ci Qafqaz qrenader diviziyasının briqada komandiri olub. Oktyabr inqilabından sonra istefaya çıxıb.

1918-ci ildən Gürcüstan Ordusunda Ahalsıx general-qubernatoruTiflis hərbi komendantı kimi fəaliyyət göstərib.

AXC silahlı qüvvələrində xidmət

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin avqustundan 2-ci piyada diviziyasının rəis köməkçisi kimi Azərbaycan ordusunda xidmətə başlamışdır. 1920-ci ildə Gəncə hərbi məktəbinin direktoru təyin olunub. Bir versiyaya görə bolşeviklər tərəfindən (Xəzər dənizində boğublar) qətlə yetirilib. Digər bir versiyaya görə isə, Daşnaksütun partiyasının qərarı ilə minlərlə Cavaxk ermənilərinin ölümündə günahkar kimi erməni terrorçuları tərəfindən güllələnib.[1]

  1. 1 2 "Князь Макаев Авель Гаврилович". Grwar.ru. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-09.
  2. "2012-ci il 7 mart tarixli iclasın stenoqramı". Meclis.gov.az. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-09.
  3. Список подполковникам по старшинству. Часть I, II и III. Исправлено по 1-е марта 1909. — С-Петербург, 1909, с. 869
  4. Иллюстрированный журнал «Искры» от 13 ноября 1916 года: № 44