Aberdin-Anqus qaramalı (ing. Aberdeen Angus) — tezyetişən ətlik qaramal cinsi.
Şotlandiyada yetişdirilmişdir. İngiltərə, Yeni Zelandiya, ABŞ, Kanada, Argentina və s. ölkələrdə əsas qaramal cinslərindəndir. 1932-ci ildə SSRİ-yə gətirilmişdir. Rusiyada əsas damazlıq təsərrüfatı Volqoqrad vilayətindədir. Azərbaycanda yerli cinsləri yaxşılaşdırmaq üçün istifadə olunur.[1]
Ayaqları qısa, rəngi qaradır. Buynuzsuzdur. İnəklərin diri çəkisi 500–600 kq, buğalarınkı 700–750 kq, 7–8 aylıq buzovlarınkı 200 kq-dək olur. Əti yüksək keyfiyyətlidir. İldə orta hesabla 2000 kq-dək süd verir (yağlılığ 3,8–4%).[1]
Абердин-ангусская порода / Г. П. Легошин // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005. — С. 21. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 1). — ISBN 5-85270-329-X. Абердин-ангусская порода // А — Ангоб. — М. : Советская энциклопедия, 1969. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 1). Абердин-ангусская порода // Сельскохозяйственный энциклопедический словарь / Редкол.: В. К. Месяц (гл. ред.) и др. — М.: Советская энциклопедия, 1989. — С. 7. — 655 с.