Bərabərpulcuqlu ağ şam (lat. Abies homolepis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
Bərabərpulcuqlu ağ şam | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bərabərpulcuqlu ağ şam |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yaponiyada dəniz səviyyəsindən 800-2000 m hündürlükdə, dağlarda təbii halda bitir. Qərbi Avropada 1854-cü ildən mədəni şəraitdə becərilir. Qafqazın Qara dəniz sahillərində 1897-ci ildən Adlerdə, Suxumidə, Batumidə və s. məlumdur.
Hündürlüyü 40 m-ə, kəsiyində diametri 1,5 m-ə çatan, enli-piramida çətirli, qalın, horizontal budaqları olan ağacdır. Ağacın cavan hissələrində qabığı boz, gövdənin qoca hissələrində isə tünd-qonur rənglidir, şırımlıdır, dərin yarıqlıdır. Cavan zoğları açıq-sarı, çılpaq, xırda buğumlu, parlaqdır. Tumurcuqları yumru-oval və ya təxminən şarşəkilli, açıq rənglidir, çox qətranlıdır. İynəyarpaqları möhkəm, daraqvarıdır, coddur, üst tərəfdən parlaq, açıqyaşıl, alt tərəfdən kəskin mavi-ağ rənglidir, məsaməli zolaqlıdır, ucu yumrudur. Uzunluğu 3 sm, eni 2 mm-ə çatır, kəsiyində təxminən ovaldır. Qozaların uzunluğu 9 sm-ə, qalınlığı 3,5 sm-ə qədər olub, yetişməzdən əvvəl bənövşəyi, sonradan qırmızı-qonur rəngli olur. Kənar pulcuqları toxum pulcuqlarından iki dəfə qısadır və üstə çıxmır. Toxumları tündqonurdur və qanadı toxum uzunluğunda olur. Bərabərpulcuqlu ağ şam dekorativ görünüşlüdür, soyuğa davamlıdır. Azərbaycanda, Lənkəranda, Abşeronda mədəni salınan yollarda, park və bağlarda rast gəlinir.