Absolut Vodka

Absolut Vodkaİsveçin cənubundakı Oxus şəhəri yaxınlığında istehsal olunan araq brendi. Absolut Fransanın Pernod Ricard qrupunun bir hissəsidir. Pernod Richard Absolutu 2008-ci ildə İsveç dövlətindən 5,63 milyard avroya satın alıb. Absolut Vodka dünyanın ən böyük spirtli içki brendlərindən biridir və 126 ölkədə satılır.

Absolut Vodka
Loqonun şəkli
Mənşəsi
Yaradıldığı il 1879
absolut.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Absolut brendinin əsası 1879-cu ildə Lars Ulsson-Smit tərəfindən qoyulub və məhsulun ilkin adı "Absolut Rent Brännvin" olub. Smit öz arağı ilə Stokholm şəhərinin spirtli içki bazarındakı monopoliyaya meydan oxuyub: o arağı şəhərdən kənarda, Reimersholme adasında satır və adaya pulsuz qayıq gəzintisi təklif edirdi.[1]

1917-ci ildə İsveç hökuməti ölkənin alkoqol sənayesini inhisar altına aldı. Araq daha sonra "Absolut Rent Brännvin" adı ilə ölkə daxilində satıldı.

Məhsul 1979-cu ildə Absolut Vodka adı ilə dünya bazarına çıxarılıb. Bu gün Absolut hər il 100 milyon litrdən çox araq satır (2018).[2]

Absolut Vodka 1980-ci illərin əvvəllərində Nyu-Yorkda yaradıcı cəmiyyətlər arasında məşhur idi. Məhsul mətni birbaşa üzərinə çap edilmiş, köhnə dəman şüşəsinə bənzər qəribə formalı şüşələri ilə rəflərdə fərqlənirdi.[3]

Absolutun ilk reklam kampaniyası TBWA tərəfindən brendin ABŞ idxalçısı olan Carillon Importers Ltd üçün yaradılmışdır və brend bu uzun uzunmüddətli reklam kampaniyası ilə tanınır.[3][4] Bu reklamlardan birincisi 1981-ci ildə təqdim edilmiş və reklamda qapağı üzərində işıq haləsi olan şüşə və aşağısında "Absolut Perfection" – "Mütləq mükəmməllik" şüarı əks olumuşdur.[3]

Absolutun ilk reklam kampaniyası 1980-ci ildə başlandıqdan sonra iyirmi beş ildən çox davam etmişdir. Kampaniya incəsənət, dəb, şəhərlər, tamaşalar, Hollivud və s. kimi bir çox müxtəlif reklam növlərini əhatə etmişdir. Reklam kampaniyası Amerika Marketinq Assosiasiyasının "Marketinq Şöhrət Zalı"na üzvlük də daxil olmaqla yüzlərlə mükafat qazanmışdır. Absolut 1992-ci ildə Coca-ColaNike kimi digər iki marka ilə birlikdə "Marketinq Şöhrət Zalı"na daxil edilib.[5]

Carillon 1983-cü ildə reklam üçün Endi Vorhola 65 000 dollar ödəmişdir.[6][7] Bu illər ərzində Carillon tanınmış rəssamların, qrafik dizaynerlərin və moda dizaynerlərinin, eləcə də bir çox sənətə yeni başlamış sənətçilərin işini sifariş edib.[7] 2017-ci ildə Kvirinal sarayında keçirilmiş və İtaliya Respublikasının Prezidenti Serco Mattarellanın ev sahibliyi etdiyi[8] "2017 Korporativ İncəsənət Mükafatları" mərasimi zamanı Absolut pptArt tərəfindən “korporativ imicini formalaşdırmaq üçün 850 layihədə 550 rəssamla uzunmüddətli əməkdaşlığa görə” xüsusi mükafat almışdır.[9]

İstehsal və bazar

[redaktə | mənbəni redaktə et]

Absolut Vodka Skone əyalətindəki iki fabrikdə istehsal olunur: Nöbbelövdəki fabrikdə xammal kimim İsveçin cənubundan gələn taxılın fermentasiya və distilləsi ilə 96 faiz xam spirt əldə edilir, Oxusdakı fabrikdə isə qablaşdırma da daxil olmaqla son istehsal prosesi həyata keçirilir.[10] 2007-ci ildə Nöbbelövdəki fabrikdə 45 işçi, Oxusadkı fabrikdə isə 200-dən çox işçi işləyirdi.

Absolut Vodka üçün ən mühüm bazar 2003-cü ildə məhsulunu 73 milyon litr satıldığı ABŞ-dır ki, bu da ABŞ-da idxal edilən bütün araqların 40 faizindən çoxu deməkdir.[11]

Pernod Richard 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi səbəbi ilə Rusiyadakı fəaliyyətinə fasilə versə də, 2023-cü ilin aprelində Absolut Vodka ixracını bərpa etmiş və bu, İsveçdə çoxlu tənqidlərə səbəb olmuşdur. Nəticədə Absolut Rusiyadakı fəaliyyətini yenidən dayandırmaq qərarına gəlib.[12]

  1. "The story". Absolutad.com. 1979-04-17. 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  2. "Vodka giants experience change of fortune". Thespiritsbusiness.com. 2018-06-15. 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  3. 1 2 3 Tungate, Mark. Adland. Philadelphia: Kogan Page, Ltd. 2007. 133–134. ISBN 978-0-7494-4837-0.
  4. Absolut Legacy, book
  5. ’Absolut Book. The Absolut Vodka Advertising Story’ by Richard W. Lewis
  6. Lewis, Richard W. ABSOLUT BOOK. Boston: Journey Editions. 1996. səh. 65. ISBN 1-885203-32-2.
  7. 1 2 Sandomir, Richard. "Michel Roux, Whose Vodka Success Was Absolut, Is Dead at 78". The New York Times (ingilis). 2019-05-10. ISSN 0362-4331. 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  8. "Il Presidente Mattarella ha ricevuto i partecipanti al Convegno "Mecenati del XXI secolo"". 22 November 2017. 3 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2024.
  9. "Corporate Art Awards - Corporate winners". 22 November 2017. 2 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2024.
  10. Välskött Vin & Sprit ger staten klirr i kassan Arxivləşdirilib 2023-04-22 at the Wayback Machine, Dagens Nyheter 2007-02-09
  11. Nasteska, Daniela. "Absolut Home i Åhus, Absolut vodkans ursprung och hem". DISCOVERING THE PLANET (isveç). 2019-07-07. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  12. S.A, Telewizja Polska. "Sweden: Absolut Vodka producer resumes exports to Russia". tvpworld.com (ingilis). 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.