Abumüslim Cəfərov

Abumüslim Pirmaqomedoviç Cəfərov (tab. Абумуслим Пирмягьямедович Джяфаров; 1909–1969) — Tabasaran yazıçısı, şairi və dramaturqu. Tabasaran sovet ədəbiyyatının banisi.

Abumüslim Cəfərov
tab. Абумуслим Пирмягьямедович Джяфаров
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Fəaliyyəti şair, yazıçı, dramaturq, tərcüməçi
Fəaliyyət illəri 1924-1968
Əsərlərinin dili tabasaran dili

Əbumüslim Cəfərov 1909-cu ildə Xiv kəndində (indiki Xiv rayonu) kəndli ailəsində anadan olub. Dərbənddə fəhlə fakültəsində təhsil almış, doğma kəndində müəllim, eləcə də Dağıstan tədris-pedaqoji nəşrində çalışmışdır. Cəfərov ilk əsərini hələ 1924-cü ildə yazıb, 1931-ci ildə Dadaş Rəcəbovla birgə külliyyatı çap olunub. O, Krılovun, Aleksandr Puşkinin, Maksim Qorkinin, Mayakovskinin, Həmzət Çadasanın əsərlərini Tabasarana tərcümə edib.[1]

Əbumüslim Cəfərov 1937-ci ildə repressiyaya məruz qalıb. Şairə qarşı "Faşist İtaliyası və Mussolinini mədh etmək!" ittihamı irəli sürüb. Belə ki, "Yaşasın İtaliya!", "Yaşasın Sosializm!", "Yaşasın Parma!" ifadələri Tabasaran məktəbləri üçün oxu kitabı tərtib edərkən, o, M.Qorkinin "İtaliya nağılları" silsiləsindən "Parmadan olan uşaqlar" hekayəsini tabasaran dilinə tərcümə edərək oraya yerləşdirib. Qorkinin əsərində isə "Yaşasın İtaliya!" , "Yaşasın sosializm!", "Yaşasın Parma!" kimi ifadələr vardı. Bu ifadələr ittihamın əsas səbəbi olub. O, 10 il sürgünə məhkum edilib. 10 ildən sonra həbsxanadan çıxdı və yazmağa davam etdi. Şair, yazıçı və tərcüməçi Ə.Cəfərov 1969-cu il dekabrın 13-də 60 yaşında vəfat edib.

1953-cü ildə reablitasiya edilmişdir. Cəfərov 1936-cı ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ə.Cəfərov ədəbiyyata 1920-ci illərdə daxil olub. 1924-cü ildə onun "Oğrular" hekayəsi çap edilib. İlk şeirlər toplusu "İlk addımlar" (tabasaranca: "Səbpi qədəmər") 1933-cü ildə nəşr olunub. Ə.Cəfərovun 1934-cü ildə — "Şeirlər toplusu" (D.Rəcəbovla birlikdə) və onun "Əvvəl və indi" adlı ilk hekayələr toplusu, 1935-ci ildə "Şən səslər" və "Mahnılarımız" şeir kitabları çapdan çıxıb. 1934-cü ildə onun "Qaranlıqdan işığa" pyesi çap olundu və ona görə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mükafatına layiq görüldü. O, Vladimir Lenin haqqında şeirlər silsiləsi yazıb: "Rəsm", "Lenin dağlarda", "Saatda əbədiyyət" və s. Sonrakı illərdə onun "Bacı", "Ömür naminə", "Məhsul ili", "Boz saqqallı ovçu", "Ereller" ("Dürkün sirri") poemaları, "Müştulla", "Açılan şərab" hekayələri, "Sabah" hekayəsi, "Qanadlı brakonyer", "Balaca geoloqlar" hekayələr toplusu, "Çobanın sevgisi" və "Meşədə bir hadisə" pyesləri yazılmışdır.[2]

Cəfərovun reabilitasiyasından sonra ilk böyük əsəri "Durkun sirri" poeması olub. Moskvada ayrıca kitab kimi nəşr olunub və onun əsasında "Kino sənəti" jurnalında müsbət qiymət alan "Dürk dağının sirri" ssenarisi yazılıb. Sonrakı illərdə o, 7 şeir, 2 pyes, 2 hekayə ("Qanadlı brakonyer" və "Sabaha aparan yol") hekayələr toplusunu yazıb. Cəfərovun son əsəri düşərgə həyatının bütün məşəqqətlərini əks etdirən siyasi məhbuslardan bəhs edən yarımçıq qalmış "Məzarda konsert" ("Nəqvdi konserti") hekayəsidir.

  1. Литературы народов России: XX в.: словарь (1100 nüs.). М.: Наука. Н. С. Надъярных. 2005. 258. ISBN 5-02-010208-3.
  2. Шагьвелед Шагьмарданов. Кьефсиъра бюлбюл бюлбюлди гъубзру // Табасарандин нурар (tab) (45 (8357)). Махачкала. 2014-01-10 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]