Abunqlar

Lampunqlar, lamponqlar, oranqabunqlar və ya abunqlarİndoneziyada, Cənubi Sumatranın Lampunq əyalətində yaşayan xalq. 1995-ci ilin məlumatına görə, sayları 300 min nəfərdir. Hal-hazırda yaşadıqları əraziyə Cənubi Sumatranın qərb hissəsində XV əsrdə gəlmişlər. [1]

Lampunq dilində danışırlar. İndoneziya dili də yayılmışdır.

Maddi mədəniyyətlərinə görə malayyalılara yaxındırlar.

Əsas məşğuliyyətləri əkinçilikdir. Bir sıra rayonlarda balıqçılıq inkişaf etmişdir. Heyvan və quş saxlayırlar.[1]

  1. 1 2 Abunqlar // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 64. ISBN 978-9952-441-02-4.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Ahmad Fauzie Nurdin, Fungsi Keluarga Bagi Masyarakat Lampung Dalam Meningkatkan Kualitas Sumber Daya Manusia, Departemen Pendidikan dan Kebudayaan, Kantor Wilayah Propinsi Lampung, Bagian Proyek Pengkajian dan Pembinaan Nilai-Nilai Budaya Lampung, 1994, OCLC 67317529
  • Toto Sucipto, Kebudayaan Masyarakat Lampung Di Kabupaten Lampung Timur, Kementerian Kebudayaan dan Pariwisata, Balai Kajian Sejarah dan Nilai Tradisional Bandung, Proyek Pemanfaatan Kebudayaan Daerah Jawa Barat, 2003, OCLC 82367280