Abuqali Uzdenov ― (qaraç.-balk. Ёзденлени Адурхайны джашы Абугъалий: 1897, Jazlıq, Kuban bölgəsi, Rusiya İmperiyası - 1992 Sarı düz, Qaraçay-Çərkəz Respublikası ) ― qaraçay-balkar dastançısı, şairi, musiqiçisi[1].
Abuqali Uzdenov | |
---|---|
qaraç.-balk. Ёзденлени Адурхайны джашы Абугъалий | |
Doğum tarixi | |
Doğum yeri | Jazlıq, Kuban bölgəsi, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Sarı düz, Qaraçay-Çərkəz Respublikası |
Vətəndaşlığı | Rusiya İmperiyası SSRİ Rusiya |
Fəaliyyəti | yazıçı, şair, musiqiçi |
Abuqali Uzdenov 1897-ci ildə dağlı Jazlıq kəndində anadan olub. 30 il öz doğma kəndində yaşadıqdan sonra Sarrı düz kəndinə köçüb. Uzdenov qaraçay balkar əfsanələrinin ifaçısı və dastançı olub. Nart eposunun qaraçay-balkar nümunəsinin qorunmasında və unudulmamasında böyük rola malikdir. O, XIX əsrin sonu XX əsrin əvvəllərində fəaliyyət göstərmiş qaraçay şairləri, Kasbot Koçkarov, Appı Canıbəyovun əsəri olan mahnıları ifa edib. Xalq mahnıları və dastanlarını ifa etməkdən əlavə o həm də öz bəstələrini də ifa edirdi. Onun əsərlərindən iyirmiyə yaxını günümüzə qədər gəlib çatıb[1].