Abxaz silsiləsi (abx. Аҧснытәи ашьхаӡқуа;[1] gürc. აფხაზეთის ქედი, Apxazetiskedi[2]) — de-yure olaraq Gürcüstan, de-fakto olaraq Abxaziya ərazisində, Qafqaz dağlarında silsilə. Bzıb silsiləsinin şərq davamıdır. Baş Qafqaz (yaxud Suayrıcı) silsiləsinə paralel uzanır. Uzunluğu 60 kilometr, hündürlüyü 3,156 metrədəkdir. Porfirit və şistlərdən ibarətdir. Yamacları aşağı hissədə meşələrlə, yuxarılarda alp çəmənlikləri ilə örtülüdür. Müasir buzlaqlar var.[3]
Abxaz silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Böyük Qafqaz |
Mütləq hündürlüyü | 3.156 m |
Yerləşməsi | |
43°10′00″ şm. e. 41°30′44″ ş. u.HGYO | |
Ölkə | |
|