Bu məqalə qaralama halındadır. |
Acalovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Acalovlar | |
---|---|
Titul | Bəy |
Mənşəyi | Borçalı |
Təbəəliyi | Borçalı sultanlığı, Rusiya imperiyası |
Gürcüstanın Mərkəzi Tarix Arxivində saxlanılan 1821-ci ilə aid təhrir siyahılarından bəlli olur ki, Ağakişi bəy Molla Ağakişi oğlu Bolus- Kəpənəkçi kəndinin başçısı (kəndxudası) olmaqla, onun Qəhrəman, Alı, Nağı və Musa adlı dörd oğlu haqqında da məlumat var. Rus ordusunun Əlahiddə Gürcüstan Korpusunun generalı Velyaminovun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, Ağakişi bəy 1818-ci ildə üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli qızıl medalla tətif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var. (F. Valehoğlu, "Qarapapaqlar"dərgisi, 2010, sayı 8.-ci sayında "Bolus-Kəpənəkçi ağaları — Ağakişi bəy və onun oğlu Musa ağa" məqaləsindən)
Buradan görünür ki, İsrafil bəyin babası Çar Rusiyasının etibarlı təəbələrindən biri olmuş ki, qızıl medalla təltif edilmişdir.
Əsasən İsrafil ağaya həsr olunan bu yazıda isə istinad mənbəyimiz Kəpənəkçinin ağsaqqalları və özəl olaraq İsrafil bəyin oğul nəvəsi indi onun adını daşıyan İsrafil Rəhim oğlu Acalov və İsrafil ağanın qızı Qızxanımın nəvəsi Söhrab Məmmədovun topladıqları materiallar və yaddaşlarında qalan tarixi olaylar olacaqdır. Bəri başdan hər ikisinə də oxucularımız adından minnətdarlığımızı bildiririk.
Ağakişi bəyin dörd oğlundan Musa ağa (Borçalıda Musa ağa daha çox "Qaragöz"adı ilə məşhur olub ad-san qazanmışdır.) çox bacarıqlı və istedadlı gənc kimi seçilib. Xüsusi məktəbdə təhsil alan "Qaragöz" Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki "Ağalıq" deyilən yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bolnisi rayonunun bir kəndi olaraq "Ağalıq" adı ilə rəsmiləşmişdir. Əslində "Ağalıq" Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da "Ağalıq" deyə tarixə düşmüşdür. Hazırda kənddə 60 ev var. Unikal təbii-coğrafi yüksək ərazidə yerləşən bu kənddəki İsrafil ağanın evinin balkonundan baxanda Borçalı çökəyi Sarvana qədər apaydın gözlə görünür. Musa ağanın da başı çox qeyli-qallar çəkmiş və sürgün həyatı da yaşamağa məcbur olmuşdur. Lakin, buna baxmayaraq o, uzaq Sibirə sürgündən əfv olunaraq geri doğma kəndinə qayıda bilmişdir. Onun Suleyman, İsmayıl, İsrafil, Məhəmməd və İbrahimxəlil (sonradan Musa) adında oğlanları olmuşdur. (Sonuncunun adını İsrafil bəy atası Musa ağa öləndə dəyişdirib onun adını qoymuşdur.)[1]
Bu soyun mənsubları Hacallılar vəya Hacaloğulları kimi tanınmışlar. Rəsmiyətdə Acalov soyadını daşımışlar və günümüzdə də daşımaqdadırlar.