Acarlar subasarı meşəsi

Acarlar subasarı meşəsi (türk. Acarlar Longozu) ― Türkiyənin şimal-qərbində, Sakarya ilində yerləşən subasar meşəsi. Ərazi sahil, laqun, dyun və meşə ekosistemlərini ehtiva edir.

Acarlar subasarı meşəsi
Yerləşməsi
41°07′34″ şm. e. 30°27′32″ ş. u.
Ölkə
Yerləşməsi Sakarya ili
Acarlar subasarı meşəsi xəritədə
Acarlar subasarı meşəsi
Acarlar subasarı meşəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yer və giriş[redaktə | mənbəni redaktə et]

Meşə Sakaryanın şimalında, Karasu ilə Kaynarca arasında yerləşir[1] və Türkiyənin ən böyük və yeganə çoxbloklu subasar meşəsidir.[2] Meşədən Karasuya olan məsafə 26 kilometr (16 mil) və Sakaryaya olan məsafə isə təxminən 50 kilometr (31 mil)-dir. Ərazinin ətrafında Karasu ilçəsinin beş, Kaynarca ilçəsinin isə üç kəndi var.[3]

Subasar[redaktə | mənbəni redaktə et]

Laqun və meşə.

Ərazi dənizdən qumlu maneə ilə ayrılması nəticəsində əmələ gələn, su altında qalmış sahil hissəsi, tipik laqundur. Karasu-Kaynarca sərhədində yerləşən və təxminən dənizdən təxminən 700 metr (2,300 ft) məsafədə olan laqun sahilə pararlel olan 1 562 hektar ərazinin əhatə edir. Laqunun dərinliyi təxminən 1.50 metr (4.9 ft) civarında ola bilər. Yay aylarında suyun quruması nəticəsində ortaya çıxan subasar ərazi kəndlilər tərəfindən əkinçilik üçün istifadə olunur.[4][5]

Subasar şimaldan 30–25 metr (98–82 ft) hündürlüyündəki dyunlar, cənubdan isə ortalama 100 m (330 ft) hündürlüyündəki alçaq təpələrlə həmsərhəddir.

Ekosistem[redaktə | mənbəni redaktə et]

Acarlar subasar meşəsi bəzi endemik bitki və heyvan növlərinə ev sahibliyi edir. Bölgə xüsusilə də köçəri quşların yumurtlama və qışlama yeridir.[4]

Flora[redaktə | mənbəni redaktə et]

Laqundakı Hottonia palustris

Ərazi üçün su bitkisi olan Hottonia palustris endemikdir.[4] Poliomielitin müalicəsində istifadə olunan və nadir bitki növü olan yay ağçiçəyi Kaynarca kəndlilər tərəfindən satılır.

Subasar 150-dən çox ağac növü üçün yaşayış yeridir. Ərazi əsasən göyrüş (Fraxinus excelsior) meşələri ilə əhatə olunmuşdur. Meşə sahəsində geniş yayılmış digər ağaclara qızılağac (Alnus glutinosa), söyüd (Salix), meşə fıstığı ( Fagus sylvatica) və qarağac daxildir.[4]

Fauna[redaktə | mənbəni redaktə et]

Naxakimilərkülmə laqunda tapılan bəzi şirin su balığı növləridir. Bölgədəki adi məməlilər dovşan, tülkü, çöldonuzu, gəlinciksincabdır. Qorunan ərazidə 235 quş növü müşahidə edilmişdir.[4]

Ekoloji təhdidlər[redaktə | mənbəni redaktə et]

Subasardakı çirklənmə səbəbi ilə ölmüş balıq.

Daşqın ətrafındakı səkkiz kənddən çirkab suyu laquna axıdıla bilir. Bölgənin əkinçiliyində həddindən artıq gübrəpestisidlərin istifadəsi də kimyəvi çirklənməni artırır. Əkinçilik etmək üçün ətrafdakı ərazinin təmizləməsi üçün səylər göstərilir. Bundan başqa ərazidəki qanunsuz ağac kəsmə və brakonyerliyin qarşısı alınmalıdır. Laqundan Sakariyaya su axını izlənilməli və hər hansı bir maneə aradan qaldırılmalıdır.

Bölgə turizmə açıldıqdan sonra sıx ziyarətçi sıxlığı yaşayır. Laqunda təşkil olunan motorlu qayıq turları köçəri quşların yetişmə dövründə onlara zərər verdiyi üçün qadağan olunmalıdır.

2015-ci ilin fevralında Sakarya ilinin valisi sahildə, laqunda və kanallarda pedallı da daxil olmaqla hər növ su nəqliyyat vasitəsinin hərəkət etməsini qadağan etdi.[6]

2015-ci ilin noyabr ayında subasardakı su axınlarından birinin qırmızı rəngli köpüklənmiş su ilə çirklənməsi nəticəsində ekoloji fəlakət baş verdi. Balıqların öldüyü və kəndlilər tərəfindən əkilən məhsulun zəhərləndiyi bildirildi.[1]

Yerli Meşə və Su Təsərrüfatı Müdirliyinin qərarı ilə qorunan ərazini havadan izləyərək brakonyerlərlə mübarizə aparmaq məqsədi ilə 2016-cı ildə pilotsuz uçuş aparatı işə salınmışdır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Acarlar Longozu'nu besleyen dere kızıla büründü". Hürriyet (Turkish). 2015-11-20. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  2. 1 2 "Acarlar Longozuna havadan dronlu takip". Hürriyet (Turkish). 2016-03-30. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  3. "Acarlar Gölü Longozu" (Turkish). Sakarya Orman ve Su İşleri Müdürlüğü. 2015-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  4. 1 2 3 4 5 Şişman, Bülent. "Acarlar Longozu (Su basar ormanı)" (Turkish). Tesis ve İşletme Grup Müdürlüğü. 2017-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  5. "Acarlar Longozu'nda kuraklık tehlikesi". Hürriyet (Turkish). 2014-07-13. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  6. Ersöz, Cihan; Onur Orhan. "Acarlar Longozu'nda deniz bisikleti kullanımı yasaklandı". Hürriyet (Turkish). 2015-02-04. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.