AccessBank (Azərbaycan)

AccessBank — QSC "Azərbaycan Bank Mikromaliyyə" təsis edilmiş və 29 oktyabr 2002-ci ildə fəaliyyətə başlamışdır. 8 sentyabr 2008-ci il tarixində Bank, adını AccessBank olaraq dəyişdirdi. Hazırda bankın Bakı, Abşeron və Azərbaycanın digər bölgələrində 30 filialı var.

AccessBank (Azərbaycan)
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Qapalı səhmdar cəmiyyəti
Sənaye Bankçılıq
Təsis tarixi 29 oktyabr 2002
Baş qərargahın yeri Bakı, Azərbaycan
Struktur
İşçi sayı 2000
www.accessbank.az

"Access Bank" QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyətə başlayıb. İlk illər Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə tanınıb. 8 sentyabr 2008-ci il tarixindən "AccessBank" adı ilə fəaliyyət göstərir. Hazırda bankın Bakı şəhərində, Abşeronda və regionlarda 30 filialı var.

АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010–2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

2005-ci ildən AccessBank öz xidmətlər sahəsinə əmanət hesablarını da daxil edib. 2006-cı ildən başlayaraq AccessBank öz müştərilərinə bankdaxili plastik kartlar, istehlak kreditləri və VİSA plastik kartlarını da təklif etdiyi məhsullar sırasına daxil edib. 2008-ci ilin sentyabr ayından etibarən Bankın xidmət çeşidlərinə, daxili çiplərlə təchiz edilmiş plastik kartlar əlavə olunmuşdur.

ResponsAbility tərəfindən idarə olunan investisiya fondları aşağıdakılardan ibarətdir:

  • responsAbility SICAV (Lux) – 2,91%
  • responsAbility Management Company S.A. – 7,11%
  • FMO (9.41%)
  • OeEB – Avstriya İnkişaf Bankı (9.17%)
  • SIFEM AG (8.89%)
  • EFSE (2.78%)
  • Symbiotics (2.27%)
  • Green for Growth Fund (GGF) — 1,77%
  • LFS Advisory GmbH (1.27%)
  • Qara Dəniz Ticarət və İnkişaf Bankı (0.58%)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]