Qara Dəniz Ticarət və İnkişaf Bankı

Qara Dəniz Ticarət və İnkişaf Bankı (ing. Black Sea Trade and Development Bank (BSTDB)) — Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatı.

Qara Dəniz Ticarət və İnkişaf Bankı
Yaranma tarixi 24 yanvar 1997
Mərkəzi
Prezident Serhat Köksal[1]
bstdb.org

Məqsəd və vəzifələri

[redaktə | mənbəni redaktə et]

Bankın məqsədləri bölgədə ticarət əlaqələrini inkişaf etdirmək, beynəlxalq layihələrin həyata keçirilməsini asanlaşdırmaq, xarici investisiyaları təşviq etmək və ticarət və iqtisadi əlaqələrin həm dövlət səviyyəsində, həm də özəl biznesdə inkişafına zəmanət verməkdir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aiddir.

QDTİB-in fəaliyyətini müəyyənləşdirən əsas sənəd, BMT tərəfindən qeydiyyata alınan Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında Sazişdir.

Bankın nizamnamə kapitalı 3 milyard XBH-dur[2].

Üzv olan ölkələr

[redaktə | mənbəni redaktə et]
  • Albaniya Albaniya
  • Ermənistan Ermənistan
  • Azərbaycan Azərbaycan
  • Bolqarıstan Bolqarıstan
  • Gürcüstan Gürcüstan
  • Yunanıstan Yunanıstan
  • Moldova Moldova
  • Rumıniya Rumıniya
  • Rusiya Rusiya
  • Türkiyə Türkiyə
  • Ukrayna Ukrayna
  1. "Новый президент ЧБТР приступил к исполнению своих обязанностей". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  2. Официальный сайт банка Arxiv surəti 14 yanvar 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-01-14 at the Wayback Machine