Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Adi boymadərən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Adi boymadərən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür. Yarpaqları kirəmitəbənzər uzunsov-yumurtaşəkilli və aydın-qonur rənglidir. Çiçək tacı burulan, yaşılımtıl, dilşəkilli çiçəkləri sarımtıl-ağ və ya çəhrayı, boruşəkilli çiçəkləri isə sarımtıldır. Tünd aromat iyli və ədviyyəlı acı dadlıdır.
Quru dərələrdə, çəmənliklərdə, çaybasar çəmənliklərin yüksək yerlərində, meşə kənarlarında, talalarda, yol kənarlarında, təzə salınmış meşə zolaqlarında, parklarda yaşayış məntəqələrində yayılmışdır.
Bitkini çiçəkləmə fazasında (iyun və avqustun birinci yarısı) yarpaq və gövdələrini 15 sm uzunluğunda səliqəli şəkildə yarpaq və gövdədən məhrum etmədən kəsmək lazımdır. Yaşayış məntəqələrinə yaxın yerlərdə adi boymadərən olarsa onu əkin sahələrinə köçürmək məsləhətdir. Onun qalxanşəkilli çiçəkqrupu və səbətciyi 2 sm uzunluğunda kəsilməklə toplanılmalıdır. Bitkinin kökünü və pöhrələrini qazaraq çıxarmaq qətiyyən olmaz. Bitkinin toplanıldığı sahələrin təkrar istismarı 1-2 ildən sonra mümkündür. Xammalı quru hava şəraitində, qalaq-qalaq yığmamaq şərti ilə toplayaraq dərhal qurutmağa başlamaq lazımdır. Xammalın qurudulması havası yaxşı dəyişələn açıq çardaxlarda, naveslərdə, kağız və ya parça üzərəndə 5-7 sm qalınlığında sərməklə, qurutmaq lazımdır. Bu halda çıxım 20-25 % olur.
Efiryağlı bitki olduğundan xammal toplanan əşyalar yaxşı tıxanmalı və bağlanmalıdır. Bütöv və doğranmış xammalının saxlanılma müddəti 3 il, tozununku isə 2 ildir.[2]
Otun və çiçəklərin tərkibində 0,8% efir yağı, başlıca komponent olan millefolid, xamazulen, acı maddə olan (axillin), aşı maddələr, K vitamani və flavonoidlər vardır.
Hemostatik, iltihabəleyhinə və spazmolitik dərmandır.
Keyfiyyətli xammalı onun yarpaqları və çiçəkləridir. Çiçəkləyən zaman bitkinin tərkibində efir yağı, mürəkkəb efir, azulen, tuyol, sineol, kamfora, kariofillen, qarışqa və izovalerian turşuları olur. Tərkibində eyni zamanda qatran, aromatik acı və aşı maddələr, vitaminlər, fitonsidlər və digər maddələr vardır.
Ekstrakt maddə kimi 70% spirtdə çıxımı 17%, nəmliyi 13%, ümumi kül 15%, efir yağı 0,1%, qaralmış hissəciklər 2%, 4 sm ölçüdə olan gövdə hissələri 5%, 0,5mm diametrində olan çiçək, gövdə və digər hissəciklər 3%, üzvi maddələr 0,5%, mineral maddələri isə 1%-dən çox deyildir. Daxilə qəbul etmək üçün vanna və antiseptik vasitə kimi təyin edilir. Ağciyər xəstəliklərində tərlədici dərman kimi də faydalıdir. Bitki və çiçəklərinin tərkibində acı maddələr olduğundan iştahartırıcı, ödqovucu, babasil əleyhinə və yumşaldıcı tərkiblərdə istifadə edilir.
Çoxillik ot bitkisidir. Hündürlüyü 30-75 sm, gövdəsi və yarpaqları yumşaq tüklüdür. Kökü üfuqi şəkildə yayılır, kökdən çıxan və gövdəsindəki lanset-lələkvarı yarpaqları 3-5 və daha çox hissəciklərə bölünmüş hissələrdən ibarətdir. Diametri 2–3 mm olan, ağ və açıq çəhrayı çoxsaylə xırda çiçəkləri gövdənin yuxarısında qalxanvari şəkildə, çətir formasında sıx birləşərək bir iri çiçək təəssüratı yaradırlar. Yarpaqların dadı şorməzə və azacıq büzüşdürücü, çiçəklərin dadı isə acı ədviyəlidir. May-sentyabr aylarında çiçəkləyərək, iyun-oktyabr aylarında meyvə verir.
Flavonoid, alkaloid, qlikozid, efir və piyli yağlar, C və K vitaminləri, aşı maddələr, eləcə də qətranlar, lakton və karotinlə zəngindir.
Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Naxçıvanın və Talışın dağlığ hissəsində yayılmışdır. Orta dağ qurşağından subalp qurçağına kimi (dəniz səviyyəsindən 800–2600 m-ə qədər) rast gəlinir. Əsasən meşələrdə, kolluqlarda, subalp çəmənliklərdə, əkinlərdə, çaqıl daşlıqlar və dincə qoyulmuş torpaqlarda bitir.
Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, eləcə də kliniki sınaqlarda, homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə, ürək, böyrək və böyrək daşı, sidik kisəsi, bronxial astma, dəri, qaraciyər xəstəliklərində, ağciyər vərəmi, nevroz, soyuqdəymə, malyariya, qadın, revmatizm, stomatit, allergiya, ateroskleroz və bədxassəli şişlərə qarşı istifadə olunur. Antioksidant, antihelmint, qansaxlayıcı, bəlğəmgətirici, ağrıkəsici, yarasağaldıcı, hərarəti salan, spazmolitik və kardiotonik təsirə malikdir. Hamiləlik dövründə istifadə etmək olmaz. İstifadə olunan hissələri yerüstü hissəsi və çiçəkləridir. Cövhər və dəmləmə kimi istifadə olunur.