Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hindistan tarixi— Hindistanın keçmişi.
E.ə. 3 minillikdə Mohenco-daro və Harappa şəhərləri meydana gəlmişdir.
Hindistanda tayfa başçıları Racə adlanırdı. Tədricən racələr dövlət başçılarına çevrilməyə başladılar, e. ə. II minillikdə Ari tayfaları Hindistana köç etdilər. Onlar yerli əhali ilə qarışaraq oturaq həyata kecdilər. E. ə. I minillikda Hindsitanda dövlət yarandı.
E. ə. VI əsrdə Hindistanın şimal-qərb hissəsi İran Əhəmənilər dövlətinin hücumuna məruz qaldı. e. ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi, lakin geri cəkilməyə məcbur oldu.
E. ə. III əsrin II yansında Mauriya sülaləsinə mənsub Aşoka bütün Hindistanı vahid dövlətdə birləşdirdi. E.ə. 180-ci ildə Mauriya sulalasinə son qoyuldu.
Qeyd: Hindistanda quldar, kəndli və qullar ("Düşməп" və "Yad") sinifləri mövcud idi. Hüquq və vəzifələri qəti müəyyənləşdirilməmiş insan qrupu kasta adlanır. Rəvayətə görə baş tanrı Brahma insanları aşağıdakı kastalara bölmüsdür:
Qeyd: "Toxunulmazlar" heç bir kastaya daxil deyildi. Kastaya mənsubiyyət əbədi idi və kastalar arasında nikaha yol verilmirdi.
Qədim hind mədəniyyətinə aiddir:
Qədim Hindistanlıların dini etiqadları və qanunları "Veda" adlı sənəddə toplanmısdır. e.ə. VI əsrdən başlayaraq Hindistanda Buddizm sürətlə yayilmağa başladı. Bu dinin banisi S. Qautama idi. Tərəfdarları onu Budda ("Bilici", "Həqiqətlə işıqlanmış") adlandmrdılar. Buddizm kasta quruluşuna qarşı mubarizə aparırdı.
İnsanlar Hindistanda qədim zamanlardan məskən salmışlar. Arxeoloqlar e.ə. III minillikdə salınmış Mohenco-Daro və Harappa şəhər xarabalıqlarını aşkar etmişlər. Qazıntı zamanı qala, onun içərisində saray, üçmərtəbəli evlər, tunc, qızıl əşyalar, hələ də oxunması mümkün olmayan yazılar tapılmışdır. E.ə. II minillikdə naməlum səbəbdən əhali şəhəri tərk etmişdir.
Hindistanın təsərrüfatı. Qədim dövlətlər. E.ə. II minilliyin sonunda Hindistana şimal-qərbdən köçəri ari tayfaları gəldilər. Bu tayfalara racələr başçılıq edirdi. Onlar oturaq həyata keçib yerli əhali ilə qaynayıb qarışdılar, birlikdə hind xalqını yaratdılar. Ari dili əsasında Hindistanda sanskrit ədəbi dili yarandı. Hindlilər eramızdan min il əvvəl dəmirdən istifadə etməyə başlamışdılar. Onlar cəngəllikləri qırıb dənli bitkilər becərir, hələ bir çox xalqlara məlum olmayan pambıq, şəkər qamışı, çəltik əkirdilər. Fili ilk dəfə hindlilər əhliləşdirmiş və ondan təsərrüfat işlərində istifadə etmişdilər. Əmək məhsuldarlığının artması nəticəsində Hindistanda bərabərsizlik yarandı. Adlı-sanlı adamlar kəndliləri və qulları istismar edirdilər. Qulları "yad", "düşmən" adlandırırdılar. Racələr padşaha çevrilirdi, onların hakimiyyətləri irsi idi. Hindistanda dövlət e.ə. I minillikdə meydana gəldi. Artıq e.ə. VI–IV əsrlərdə Hindistanın şimal-qərbində bir sıra xırda dövlət var idi. E.ə. VI əsrin sonunda Hindistan Əhəmənilər (İran) imperiyasına birləşdirildi və 20-ci satraplığa qatıldı. Mauriya imperiyası ərazisinin ən geniş vaxtındaE.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi və yorulmuş əsgərlərinin tələbi ilə geri qayıtdı. E.ə. 317-ci ildə Mauriya sülaləsindən olan padşah Çandraqupta İskəndərin xələflərindən olan Selevkinin qızı ilə evləndi. Selevki onu Hindistanın padşahı kimi tanıdı, tutulmuş Hindistan ərazisini də ona qaytardı. E.ə. III əsrin II yarısında bütün Hindistan padşah Aşokanın (e.ə. 268–231) hakimiyyəti altında vahid dövlətdə birləşdi. Onun ölümündən sonra bu dövlət dağıldı. E.ə. 180-ci ildə Mauriya sülaləsinin hakimiyyətinə son qoyuldu.
Kastalar. Hindistanda bərabərsizlik dində də öz əksini tapmışdı. Tanrı Brahma dünyanın və insanın yaradıcısı hesab olunurdu. Hind kahinlərinə Brahman deyirdilər. Hind kahinləri Allah Brahma tərəfindən müəyyən olunmuş qaydalar tərtib etmişlər. Guya Brahma insanları kastalara bölmüşdür. Qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan, bu hüquq və vəzifələri irsən keçən insan qrupu kasta adlanır. 1-ci — ən yüksək kastaya Brahmanlar daxil idi. Guya allah onları ağzından yaratmışdı və buna görə onların allah adından danışmağa ixtiyarı var idi. 2-ci kastaya brahmanın əlindən yaradılmış əsilzadələr və döyüşçülər, 3-cü kastaya brahmanın budlarından yaradılmış kəndlilər, sənətkarlar, tacirlər; 4-cü kastaya guya Brahmanın palçıqlı ayaqlarından yaradılmış şudralar (nökərlər) daxil idi. İnsan ömrü boyu mənsub olduğu kastada qalırdı. Kastalardan heç birinə daxil olmayanlara "toxunulmaz adamlar" deyir, onların özlərini və övladlarını doğulduğu gündən murdar sayırdılar. Onlar natəmiz yerləri təmizləyirdilər.
Budda. Qədim hindlilərin dini etiqadları və qanunları Veda adlı məcmuələrdə toplanmışdır. İnsanların kastalara bölünməsini ədalətsiz sayan adamlar da var idi. Buna görə də yeni din- budda dini yarandı. Onun banisi Siddahartha Qautama (e.ə.566–486) olmuşdur. Budda deyirdi: "Mənim etiqadım sevgi, yardım və şəfqət yoludur".
Mədəniyyət. Qədim hindlilər "Mahabharata" və "Ramayana" dastanlarını yaratmışlar. Onlar Finikiya əlifbası ilə tanış olmuş, özləri üçün yazı düzəltmişdilər. Rəqəmləri yaradan hindlilər sıfır rəqəmi tətbiq etməklə sadə və asan hesab qaydası müəyyən etmişdilər. Bu rəqəmləri əvvəlcə ərəblər qəbul etmiş, sonra isə avropalılar ərəblərdən götürdükləri bu rəqəmləri "ərəb rəqəmləri" adlandırmışlar. E.ə. I əsrdə daşdan yonulmuş darvaza gözəl incəsənət nümunəsidir. Bu darvazada bitki və heyvanat aləmi, hind əfsanələrinin qəhrəmanları və s. təsvir edilmişdir. Hindlilər mağara məbədlərdə sütunları şüşə kimi cilalayır, mağaranın divarlarını heyvan və müqəddəslərin şəkli ilə bəzəyirdilər. Hindistan şahmat oyununun vətənidir. Padşah Aşoka dövründə Hindistanda abidələr əsasən möhtəşəm sütunlardan ibarət idi. Daş sütunların yuxarısında heyvan, insan heykəlləri qoyulurdu. Aşoka dövründə möhtəşəm sütun üzərində 4 şir heykəli var idi, onların hərəsi bir tərəfə baxır. Bu təsvir indi Hindistan Respublikasının gerbidir.
Feodalizmin ilkin əlamətləri IV–V əsrlərdə Hindistanda meydana gəlməyə başladı. V əsrin ortalarında Qupta İmperiyasının dağılması quldarlıqdan feodalizmə keçid hesab edilir. Bu dövlətin ərazisində 70-ə qədər knyazlıq yarandı. Hind knyazları racə adlanırdı. Erkən feodalizm dövründə də hind kəndliləri icma halında yaşayırdılar. İcma parçalanır, icma üzvləri asdı vəziyyətə düşür və bərabərsizlik yaranırdı. IV–VI əsrlərdə əkinçilikdə bir sıra yeniliklər yarandı. Xam torpaqlardan istifadə edildi, dəmir kotan hazırlandı, kəndlilər çaylardan kanal çəkdilər, torpaqları suvardılar, ildə 2–3 dəfə məhsul götürürdülər. Əsasən çəltik, pambıq, şəkər qamışı, ədviyyat bitkiləri əkilir, portağal və s. sitrus bitkiləri yetişdirilirdi. Hindistanda feodalizmin səciyyəvi xüsusiyyəti kasta quruluşunun daha ciddi şəkil alması idi. Kastalara ağsaqqallar şurası başçılıq edirdi. Kastalar istehsal təcrübəsinin artırılması və istehsal edilən məhsulun keyfiyyətinin yaxşılaşmasına şərait yaradırdı. Hind kəndliləri erkən orta əsrlərdə əsas töycü vergisi ödəyir, mükəlləfiyyətlər (biyar) yerinə yetirir, yəni yollar çəkir, təmir edir, kanallar qazır, qalalar və s. tikirdilər. Harşa dövləti (500–648). VI əsrin əvvəllərində yaradılmış Ağ hun (eftalitlər) dövləti Hindistana hücum etdi. Qupta dövləti onların hücumunun qarşısını çətinliklə aldı, lakin Ağ hunların sonrakı hücumu zamanı hind racələri Ağ hunlarla birləşdilər. 500-cü ildə Hindistanın əksər ərazisi tutuldu və Qupta dövlətinin əlində ancaq Kəşmir və şimal-şərqi Hindistan qaldı. Ağ hunların hücumuna davam gətirməyən Qupta dövləti süqut etdi, Xarşa dövləti yarandı. VI əsrin sonunda Camna çayının şimalında yerləşən Stxaneşvar knyazlığı güclənməyə başladı. Xarşa keçmiş Qupta imperiyasının bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirdi və böyük hərbi-feodal dövləti yarandı. Xarşa dövləti kiçik knyazlıqlardan ibarət idi. Knyazlar öz qoşunu ilə hərbi səfərlərdə iştirak edirdilər. Hərbi yolla qurulan Xarşa dövləti 648-ci ildə parçalandı. Hindistanda VII əsrdə feodal dağınıqlığı başlandı. Hinduizm dualist dini təlimdir çoxallahlıq etiqadıdır. Bu dinə görə, insanların taleyini üç allah, yəni Brahma, Vişna və Şiva müəyyən edir. Şəhərin və təsərrüfatın inkişafı. Knyazlıqların mərkəzləri, dəniz sahilində olan şəhərlər sənətkarlıq mərkəzinə çevrildi. Feodallar sənətkarları şəhərlərə köçürür, şəhərlər böyüyürdü. Sənətkarlar zərif pambıq və ipək parça, qızıl və gümüşdən zərgərlik məmulatı, fil sümüyü və qiymətli ağaclardan heykəlciklər düzəldirdilər. Toxucular hörümçək toru kimi zərif parçalar toxuyurdular. Sənətkarlar peşələr üzrə, yəni toxuculuq, zərgərlik, çəkməçi, silah qayıran və s. üzrə kastalara bölünürdülər. Sənətkarlıq kastalarına ağsaqqallar şurası başçılıq edirdi. Hindistanın qərb sahillərində çoxlu liman şəhərləri var idi. Limanlara Çindən, Afrikadan, Ərəbistandan tacirlər gəlirdilər. Onlar ədviyyat, parça, zərgərlik məmulatı və s. alırdılar. VIIəsrdə Hind tacirləri Çin və Yaponiya bazarlarına çıxırdılar. Ərəb tacirləri vasitəsilə Hindistanın ticarəti genişlənməyə başladı. Sənətkarlığın inkişafı ilə atçılıq inkişaf etdi. At ticarəti İran və Ərəb tacirlərinin əlində idi.
Ərəblərin Hindistana yürüşləri. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər. Feodal dağınıqlığı, ara müharibələri, sürətlə hərəkət edən ərəb süvariləri Hindistanın işğalını asanlaşdırdı. VIII əsrin əvvəllərində ərəb sərkərdəsi Məhəmməd ibn Qasimin qoşunu Sind vilayətini, Hind çayının sahillərini tutdu. Ərəblər Qərbi Hindistanı işğal etdilər. Burada iki ərəb əmirliyi yarandı: Mənsurə (Sindin cənubunda) və Multan əmirlikləri. Qərbi Hindistanda VIII əsrdə islam dini yayıldı. Yerli əhalinin islam dinini qəbul etməsi Hindistanda mədəniyyətin inkişafına təkan verdi. Hindistanda feodal ara müharibələri genişləndi. Bu dövrdə döyüşçülərin xüsusi hərbi təşkilatı olan racəlit kastası yaranmışdı. "Racəlit" racələrin uşaqları deməkdir. Bu kastaya racə başçılıq edirdi. Feodal ara müharibələri dövründə var-yoxdan çıxmış kəndlilər VIIIəsrin ortalarında Benqaliyada üsyana başladılar. Racələr üsyanı yatırtmaq üçün birləşdilər.
Şimali Hindistanın Qəznəvi dövlətinə qatılması. Ara müharibələri nəticəsində Hindistan ən zəif ölkəyə çevrilirdi. Qəznəvi dövlətinin sultanı Mahmud Qəznəvi 1002–1026-cı illərdə Hindistana 17 dəfə hücum etdi, Pəncab və Sind əyalətlərini Qəznəvi dövlətinə qatdı. Bu yürüş nəticəsində Hindistanın şimalında türk-müsəlman əhalisinin məskunlaşması və bu yerlərdə İslam dininin yayılması gücləndi. Türk tayfalarının Şimali Hindistanda yerləşməsi və bu ərazinin türk dövlətinə daxil edilməsi burada təsərrüfatın və mədəniyyətin inkişafını sürətləndirdi.
Hindistan mədəniyyəti. Buddizm. Buddizm erkən orta əsrlərdə feodalizmin meydana gəlməsi ilə əlaqədar hinduizmə qarşı etiraz olaraq yaranmışdır. Buddizm kasta sisteminə qarşı çıxır, hamının bərabərliyini elan edirdi. Bu din müqaviməti inkar etdiyinə görə hakim feodal zümrəsinin mənafeyini də ifadə edirdi. Buddizmə görə, insan həyatı şər və əzabdan ibarətdir. İnsan məqsədinə çatmaq üçün arzularından, dünya nemətlərindən imtina etməli, itaətkar, müti, sakit olmalıdır, belə olarsa. Insan rahatlığa tez çatar. Budda mədəniyyəti memarlığın, heykəltəraşlığın, rəssamlığın və s.-nin əsasında yarandı.
Çarvaklar məktəbi. Hindistanın mədəni həyatında çarvaklar məktəbi əhəmiyyətli rol oynayırdı. "Çarvak" sözü "car", (dörd) və vak (söz) sözlərindən əmələ gəlmiş və "dörd söz" deməkdir. Çarvaklara görə, dünya torpaqdan, sudan, havadan, oddanibarətdir; bunların birləşməsindən canlı və cansız aləmin cisim və hadisələriyaranır. Çarvaklar dünyanın əbədiliyini qəbul edir, Allahı kainatın yaradıcısı kimi rədd edir. Elm. Erkən orta əsrlərdə Hindistanda elm yüksək inkişaf səviyyəsinə çatdı. Riyaziyyat sahəsində onluq say sistemininyaradılması elmin inkişafına təkan verdi. Hindistan riyaziyyatçıları kəsrlərlə mürəkkəb əməliyyatlar aparır, fiqurların sahəsini və cismin həcmini dəqiqliklə hesablayırdılar. V–VI əsrlərdə Hindistanda astronomiya inkişaf etmiş, böyük şəhərlərin hamısında rəsədxanalar yaranmışdı. Paslanmayan metal emalınınmükəmməl texnologiyası hazırlanmışdı. Dehlidəki paslanmayan metaldan hazırlanmış (Vəsr) tökmə dəmir qüllə indi də qalır. Hindistanda tibb elmiyüksək inkişaf etmişdir. Ölkədə həkimlər mürəkkəb cərrahiyyə əməliyyatları aparır, bu zaman 2000-ə yaxın cərrahlıq alətindən və ağrıkəsən dərmanlardan istifadə edirdilər.
Ədəbiyyat və incəsənət. Erkən orta əsrlərdə hind ədəbiyyatının ən görkəmli nümayəndəsi Kalidas idi. Hindistanda islam dininin yayılması ilə əlaqədar olaraq fars və ərəb dillərində ədəbiyyat yaranmışdı. VI–VII əsrlərdə Hindistanda cənub və şimal məbəd tipləri mövcud olmuşdu. Cənub tipli məbədlərin üzərində pilləvarı ehram tikilir və onlar günbəzvari örtüklə tamamlanırdı. Hindistanda əvvəllər məbədləri qayalarda və daş mağaralarda oyurdular. Mərkəzi Hindistanda Acanta mağarası 9 əsr ərzində yaradılmışdır. Qayalarda oyulmuş 29 mağara salon naxışlar, heykəllər, freskalarla (yaş suvaq üzərində xüsusi boyalarla çəkilmiş şəkillə bəzədilmişdi. V–VIIəsrlərdə divar rəsmləri Hindistanda yüksək səviyyəyə çatmışdır. Hindistanda VIII əsrdən başlayaraq məbədləri daşdan və kərpicdən nəhəng qüllələr şəklində tikirdilər. Məbədlərin xaricində müxtəlif heykəllər, daxilində isə allahların daşdan və tuncdan nəhəng heykəlləri qoyulurdu. "Rəqs edən allahın heykəli" dünyada hərəkətin mənbəyi sayılırdı. Hind teatrının mənşəyi müxtəlif tayfaların mərasim və rəqsləri, Ram və Krişna epik qəhrəmanlarına sitayişlə əlaqədar xalq tamaşaları ilə bağlı idi.
XVI əsrdə Hindistan dünyanın ən böyük ölkələrindən biri idi. Onun 100 milyon əhalisi var idi. Burada hinduizm və islam dini yayılmışdı. Əhalinin 70 faizi hind dini icmasına, 20 faizi islam dini icmasına mənsub idi. Müsəlman əhalisi Hindistanın şimal və qərb vilayətlərində, bir də Şərqi Benqaliyada yaşayırdılar. XVI əsrdə Hindistan feodal dağınıqlığı dövründə idi. Ölkənin şimalında Kəşmir, Sind, Multan, Qucarat, Malva, Benqaliya və s. dövlətlər var idi.
XVI əsrdə Dehli sultanlığı tənəzzül dövrünü keçirirdi. Əmir Teymurun nəslindən olan Babur belə bir şəraitdə Mərkəzi Asiyada Şeybaniyə məğlub oldu. Babur 1504-cü ildə Əfqanıstanı tutdu, Kabulu paytaxtı seçdi və özünü əmir Teymurun varisi elan etdi. 1519-cu ildə Sind çayını keçərək Pəncabı tutdu. Dehli sultanı İbrahim Ludi ilə Baburun ordusu arasında 1526-cı ildə Panipat döyüşü baş verdi. Baburun topları həlledici rol oynadı. İbrahim Ludi məğlub oldu. 1526-cı il iyulun 10-da Aqra şəhərini tutan Babur Böyük Moğol dövlətinin əsasını qoydu.
Babur şah vəfat etdikdən sonra onu oğlu Humayun şah (1530–1556) əvəz etdi. Onun dövründə mərkəzi dövlət zəiflədi, üsyanlar başlandı, racə və racpudlar baş qaldırdılar, Pakistan və Əfqanıstan bəyləri müstəqilliyə can atırdılar. Şah qəflətən öldü, vəliəhd Əkbər isə Əfqanıstanda idi. Ölkədə vəziyyət pisləşməsin deyə, şahın ölümü Əkbər gələnə qədər gizli saxlandı.
Əkbər şahın islahatları. Böyük Moğol imperatorluğu. Əkbər şah (1556–1605) ilk növbədə ordunu gücləndirdi, daxili vəziyyəti nizama saldı. Qanqın aşağı vadisini, Əhmədabad vilayətini ələ keçirərək, dövlətin sərhədlərini genişləndirib, onu imperatorluğa çevirdi.
Əkbər şah dövlət quruculuğu işlərində Osmanlı imperatorluğunun təcrübəsindən yararlanaraq, bütün torpaqları dövlətin mülkiyyəti elan etdi, onu becərənlər isə haqqı ödənilən muzdlular hesab edildi. İqta verilmiş şəxslər müharibə zamanı müəyyən edilmiş qədər qoşun verməli idi. O, cagirdar (iqta cagir, onun sahibi isə cagirdar adlanırdı) sistemini ləğv etmək istədi, lakin iri feodalların narazılığı ilə rastlaşdı. Eyni zamanda vergi toplayan məmurların özbaşınalığı kəndliləri müflisləşirdi. Buna görə də o, cagirdar sistemini bərpa etməli oldu. "Damğalanma nizamı" adı altında ölkədə bütün at, dəvə və fillər damğalandı. Bununla da bir tərəfdən, ölkədə olan heyvanların sayı dəqiqləşdirildi, digər tərəfdən isə, onların düşmənə satılmasının qarşısını almağa cəhd edildi. Əkbər şah ölkə iqtisadiyyatının inkişafına, ticarət və ticarət əlaqələrinə xüsusi diqqət yetirirdi.
Əkbər şahın hakimiyyətinin son illərində imperatorluğun ərazisi Şimali Hindistanı, Qucaratdan Benqaliyayadək, Şərqi Əfqanıstana və Dekanın yarısını əhatə edirdi. Onun ölümündən sonra Cahangir şahın (1605–1627) və Cəhan şahın (1627–1658) dövrlərində Cənubi Hindistandan başqa, Hindistanın bütün ərazisi Moğol imperatorluğuna daxil idi.
Moğol imperatorluğunda aqrar münasibətləri ən mühüm xüsusiyyəti torpağın dövlət mülkiyyətində olması idi. Feodal torpaq sahibliyinin başlıca forması şərti torpaq sahibliyi olan cagir idi. Cagir torpaqları alan şəxslər ona verilmiş torpaqdan vergi toplamaq hüququna malik idi. Bunun müqabilində onlar dövlətə qoşunla kömək etməli idilər. Dağlıq və ucqar ərazilərdə öz xüsusi mülklərini saxlayan hind feodalları zəmindar adlanırdı və hökmdarın vassalı hesab olunurdu. Hindistanın aqrar quruluşunun əsas xüsusiyyətlərindən biri də kənd icmalarının qalması idi.
Hindistan mədəniyyəti. Moğol imperatorluğu dövründə vahid dövlətin yaranması Hindistanda mədəniyyətin də inkişafına şərait yaratdı. Mədəniyyətin inkişafı XVII əsrdə Əkbər şahın dövründə daha yüksək mərhələyə çatdı, bu dövr "Əkbər əsri" adlandırıldı.
Bu dövrdə tarix, ədəbiyyat sahəsində bir sıra əsərlər yarandı. Əkbər şahın dostu tarixçi Əbül Fəzl "Əkbərnamə" və "Ayini-Əkbəri" əsərlərini yazmışdı. "Əkbər əsri"ndə yaşamış tarixçi Bədaun yazdığı "Müntəxabət-tavarix" əsərində Əkbər şahın siyasətini tənqid etmişdi.
Bir sıra hind poemaları ("Ramayana", "Mahabharata") fars dilinə tərcümə olunmuşdur. Moğol hökmdarlarının əksəriyyəti bədii yaradıcılıqla məşğul olurdu. Moğol imperatorluğu dövründə müsəlman-hind memarlığının bir sıra nümunələri yaradılmışdı. Əkbər şah dövründə Humayun şahın Dehlidəki məqbərəsi, Aqra və Lahor şəhərində saraylar, Təthpur-Sikri qalası inşa edilmişdi. Əkbər şah Aqra şəhərindən 25 mil aralıda yerləşən, özü tikdirdiyi Təthpur-Sikri qalasında 1569–1584-cü illərdə yaşamışdı.
Moğol imperatoru Cahan şah sevimli arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üzərində 1630–1652-ci illərdə Tac-Mahal məqbərəsini tikdirmişdi. Bu məqbərə "Hindistanın incisi" adlanır. Ağ mərmərdən tikilmiş məqbərənin memarı usta Məhəmməd İsa Əfəndi, onun köməkçiləri səmərqəndli Məhəmməd Şərif və istanbullu Xan Rumi idilər. Hind rəssamlığında miniatür janrı XVI əsrdə üstünlük təşkil edirdi.