Acrocephalus paludicola

Acrocephalus paludicolaAcrocephalidae fəsiləsinə, Acrocephalus cinsinə daxil olan köçəri quş növü.

{{{latin}}}
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Acrocephalus paludicola
Beynəlxalq elmi adı

Yayılması[redaktə | mənbəni redaktə et]

Saylarının elə də çox olmasına baxmayaraq yayıldığı areal kifayət qədər böyükdür. Mərkəzi və Şərqi Avropanın ərazilərində elə də böyük olmayan arealda yayılırlar: Fransa, Belçika, Niderland, İtaliya, Almaniya, Macarıstan, Polşa, Belarus, latviya, LitvaUkrayna[3][4][5]. Digər məlumatlara görə onlara hətta Danimarka və Cənubi Finlandiyada belə rastlanılır[6]. Qazaxıstanda belə müşahidə edilirlər[7]. Rusiyanın Avropa hissəsindən tutmuş Cənubi Sibirə kimi ərazilər də onların arealına daxildir.

Qışlamanı Qərbi Afrika, La-Manş boğazının hər iki sahilində, Biskay körfəzində[8] keçirirlər.

Ən böyük populyasiya Belarusda, Zvanes bataqlığında cəmləşmişdir[9].

Xarici görünüş[redaktə | mənbəni redaktə et]

Sərçə böyüklüyündə olan bir quşdur. Qanadlarının uzunluğu 6,5 sm, quyruğu 5 sm, dimdiyi isə bir sm-dən böyükdür. Quyruqları sükan rolunu oynayır[6]. Dişilər və erkəklərin ölçüləri arasında fərq yoxdur.

Hər iki fərdin rəngləridə fərqli deyildir. Bel nahiyəsi bir az zeytuni çalardadır. Quyruğa doğru isə sarımtıl fon alır. Qarnı parlaq qırmızı rəngdədir və orta hissə də daha aparlaq rəng alır. Ayaqları sarı rəngdədir[6][7]

Payızda tüktökmə baş verir. Bundan sonra daha açıq rəng alır.

Ekologiya[redaktə | mənbəni redaktə et]

Bu canlılar çöl şəraitinə uyğunlaşdığından, bir-birinə bənzər bir neçə yerdə yaşayırlar. Onların yaşadığı ərazilər əsasən rütubətli, bataqlıqlaşmış düzənliklər, hündürlüyü 50 sm çatan sulu olaqlardır. Suyun dərinliyi 10 santimetrdən çox olmayan çayların su basar əraziləri və bataqlıqlar əsas yaşayış sahələridir. Qışlama dönəmində isə çay kənarları, sahil əraziləri, çayların ot və kol basmış sahələrində yaşayırlar[6][7].

Bu canlıların həyatı kifayət qədər öyrənilməmişdir. Onların yaşam müddəti, yetkinlik yaşları hələdə müəyyən edilməmiş qalır. Erkəklər çütləşmə mövsümündə bir neçə dişi ilə müvəqqəti çütlüklər əmələ gətirə bilir. Yumurtlama yerləri hər il dəyişir. Avropada bu əsasən iyunda baş verir. Yuvanın inşası və balaların bəslənməsi ancaq dişinin üzərinə düşür. Yuvalar əsasən söyüd ağaclarında qurulur və şarabənzər formada olur. Yuva quru otlardan inşa edilir. Dişi adətən altı yumurta qoyur. Yurtaların ölçüsü 1,6 x 1,2 sm ölçüsündə olur. Yumurtalar zeytuni sarı rəngə çalır. Yuvada olan balar öldükdə dişi ikinci dəfə qırt yata bilir. Balalar yuvanı 14–15 günə tərk edir. Bununla belə 1 ay ərzində yuva ətrafında dolaşırlar[3][5][6].

Əsasən onurğasızlarla qıldalanırlar. Daha dəqiq məlumatlar isə yoxdur[3][6]

Yayın sonları və qışın əvvəlləri qışlama zonasına uçmağa başlayırlar.[7]

Sayları və qorunma statusu[redaktə | mənbəni redaktə et]

Dünyada sayları 15–25 min baş olaraq qiymətləndirilir. Bundan əlavə, daimi müşahidələr əsasında növün sayı daim azalır[3]. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin və Bern Konvensiyasının siyahısına daxil edilmişdir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. 1 2 3 4 5 "Rusiyanın qırmızı kitabı". 2010-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
  4. "Красная книга Челябинской области". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
  5. 1 2 "Красная книга Смоленской области". Archived from the original on 2002-07-31. İstifadə tarixi: 2019-03-27.
  6. 1 2 3 4 5 6 "Энциклопедия животных «Зооклуб»". 2013-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
  7. 1 2 3 4 Meşə atlası [ölü keçid]
  8. "Arxivlənmiş surət". 2010-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  9. Скарбы прыроды Беларусі — Treasures of Belarusian Nature: Тэрыторыі, якія маюць міжнар. значэнне для захавання біял разнастайнасці /аўт. тэксту і фота А. В. Казулін [і інш]. — 2-ое выд., перапрац., дап. — Мн.: Беларусь, 2005. — 215 с.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]