Adıgözəl bəy Təklə

Adıgözəl bəy Təklə (1785-?) — Qarabağ bəylərindən, mahal naibi, rus ordusunun praporşiki.

Adıgözəl bəy Təklə
Adıgözəl bəy Dərvişqulu bəy oğlu Təklə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaradolaq, Dəmirçihəsənli mahalı, Qarabağ xanlığı
Vəfat tarixi 16 (28) iyul 1837
Vəfat yeri Qaradolaq, Ağcabədi
Dəfn yeri
Vətəndaşlığı

Həyatı[redaktə | mənbəni redaktə et]

Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət еtmişdi. Xan İrana qaçandan sonra ruslara işləmişdi. Qardaşı Imamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə еtmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar. Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, İbiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Adıgözəlovlar: Qaradolaq bəyləri, "Soy" еlmi-kütləvi dərgi, 2010, №7, səh.3-22.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]