Yalçın Adıgözəlov

Yalçın Vasif oğlu Adıgözəlov (4 noyabr 1959, Bakı) — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012).

Yalçın Adıgözəlov
Yalçın Vasif oğlu Adıgözəlov
Ümumi məlumatlar
Doğum tarixi 4 noyabr 1959(1959-11-04) (65 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Vasif Adıgözəlov
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, pedaqoq
Fəaliyyət illəri 1989-cu ildən
Janrlar opera, simfonik musiqi[d]
Albom şirkətləri SONY
Naxos
Olimpia
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2012 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2007 "Humay" mükafatı — 1993
"Şöhrət" ordeni — 2019"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir[1].

İki oğlu, bir qızı var.[2]

8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (professor R. Atakişiyevin sinfi)[1][3][4][5].

1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi).

1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır[3].

1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule‎) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir[6].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru[1], 1991–1998-ci illərdə isə bədii rəhbəri və baş dirijoru olmuşdur[1][3][5]. Ölkədə iqtisadi böhranla müşayiət olunan ağır ictimai-siyasi illərdə gənc dirijor respublikanın aparıcı musiqi kollektivlərinin qorunub saxlanılması işində əvəzsiz xidmətlər göstərmişdir. Y. Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkədə və onun hüdudlarından kənarda geniş konsert fəaliyyəti göstərmişdir.

20 yanvar 1991-ci ildə Bakıda baş vermiş faciənin ildönümü münasibətilə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası Yalçın Adıgözəlovun dirijorluğu və müəlliflərin iştirakı ilə Moskva Konservatoriyasının Böyük Zalında V. Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası və Ə. Karamanovun "Stabat Mater" vokal-simfonik əsərini ifa etmişdir.

1991-ci ilin martında orkestrin Uzaq Şərq şəhərlərində (Yujno-Saxalinsk, Petropavlovsk-Kamçatski, Maqadan) və 1992-ci ildə Orta Asiyada qastrolları baş tutmuşdur.

Yalçın Adıgözəlov 1991–1993-cü illərdə Avstriya hökuməti ilə birlikdə keçirilən "MOSART-festivalları"nın bədii rəhbəri olmuşdur. Keçirilən festivalların üçündə Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərinin dünya premyeraları baş tutmuşdur[1].

1993-cü ildə "İlin ən yaxşı dirijoru" nominasiyasında "Humay" mükafatının ilk laureatı olmuşdur[3].

1994-cü ildə ADSO-nun xarici ölkələrə ilk müstəqil qastrollarını həyata keçirmişdir. Orkestr İstanbulun "Camal Rəşid Rey" salonunda iki konsertlə mövsümün açılışını etmiş və 7 min tamaşaçının iştirakı ilə Antalyanın "Aspendos" antik amfiteatrında çıxış etmişdir. Orkestrə rəhbərlik etdiyi dövrdə Azərbaycan bəstəkarlarının əsərlərinin 40-dan artıq dünya premyerasını və 50-dən artıq müəllif konsertlərini reallaşdırmışdır.

16 oktyabr 1998-ci ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 75 illiyi münasibətilə Ankarada Prezident Simfonik Orkestrinin ifasında prezident S. Dəmirəlin iştirakı ilə V. Adıgözəlovun "Çanaqqala 1915" oratoriyasının dünya premyerası olmuş və bu hadisə türk dünyasının mədəni həyatında hadisəyə çevrilmişdir[7].

1998–2000-ci illərdə Rusiya Dövlət Simfonik Radio-Televiziya Orkestrinin dirijor kimi fəaliyyət göstərmişdir[1][3][8].

2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur[3] ("Sehrli fleyta", "Aida", "Bohema"[9], "Toska", "Madam Batterflyay"[10][11], "Plaş", "Canni Skikki", "Kənd namusu", "Payatsi", "Karmen", "Yevgeni Onegin", "Qaratoxmaq qadın", "Aleko", "Şəhrizad"[12][13], "Romeo və Cülyetta", "Bolero"[14], "Arlezianka", "Kuman rəqsləri", "Sevil", "Don Kixot"[15], "Min bir gecə", "Natəvan", "Nəsimi"[16] və s)[1].

2001–2004-cü illərdə İstanbul Dövlət Opera Teatrının dirijoru kimi fəaliyyət göstərmişdir ("Məhəbbət əfsanəsi", "Samson və Dalila", "Madam Batterflyay", "Don Kixot", "Rekviyem")[1][5]. Borodinin "Knyaz İqor" operasının quruluşu (rejissor D. Bertmanla birlikdə) böyük müvəffəqiyyətlə qarşılanmışdır. 2003-cü ildə Aspendos amfiteatrında gerçəkləşən Beynəlxalq Opera Festivalının açılışı məhz bu tamaşa ilə baş tutmuşdur.

2002-ci ildən Yalçın Adıgözəlov Moskvanın "Gelikon-opera" teatrı ilə sıx əməkdaşlıq edir ("Xəyali bağban qız", "Traviata", "Karmen", "Yevgeni Onegin", "Yarasa", "Qaratoxmaq qadın", "Küllücə" və s.)[1][17].

2007-ci ildə "Azərbaycan simfo-muğamı" layihəsi həyata keçirilmişdir. Konsertlər "Qarabağ üçlüyü" ilə birlikdə Braziliya, İtaliya, Lüksemburq, Türkiyə, Çin, Vyetnam, Latviya, UkraynaBelarusda təşkil olundu[18][19][20].

2011-ci ildə Siciliyada Covanni Paçininin "Rekviyem"inin dünya premyerası baş tutmuşdur. Bu hadisə bəstəkarın irsinin təbliğində mühüm nailiyyət kimi tarixə düşdü[1].

" Maestro Yalçın Adıgözəlovun təfsiri bütün təriflərdən daha üstün idi. Azərbaycan dirijoru xora və “Della Camerata Polifonica Siciliana” orkestrinə musiqiçiləri öz arxasınca çəkib apararaq, həyəcanverici sadəliklə rəhbərlik etdi. Dolğun partituranın oxunuşu əhəmiyyətli və yüksək emosional təsir bağışladı.
Con Paskualino[1][21]
"
" Maestro Adıgözəlovun dirijorluğu heyranedici idi. O, partituranın mahiyyətini duyaraq, bəstəkarın mürəkkəb üslubuna dəqiqliklə daxil oldu. Bu, əsl bədii sənətkarlıq dərsi idi.
Maurisio Çiampi[1]
Roma Santa-Çeçiliya Konservatoriyasının professoru,
"Bellini Eventi” beynəlxalq festivalının bədii rəhbəri
"
" Etimadı doğruldan və qələbə qazanan yüksək səviyyəli dirijor.
De Meo[1]
professor, Bellini və Paçininin
yaradıcılığı üzrə nüfuzlu mütəxəssis
"

Onun dirijorluğu ilə 2013-cü ilin fevralında ADSO-nun Küveytə uğurlu qastrolu olmuşdur[22][23].

12 may 2014-cü ildə İtaliyanın dünya şöhrətli "Arena di Verona" amfiteatrında 10 min nəfər tamaşaçının iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət simfonik konserti keçirilmişdir[24].

2018-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış və altı türkdilli dövlətin musiqiçilərindən ibarət "Dədə Qorqud" kamera orkestrinin bədii rəhbəri olmuşdur[25]. Türkiyə, AzərbaycanFinlandiyada orkestrin qastrolları keçirilmişdir.

26 iyun 2019-cu ildə Bakıda Heydər Əliyev Mərkəzində ADSO-nun 200 musiqiçisi, Azərbaycan Dövlət Xor Kapellası, Batumi xor kapellası, Tbilisi konservatoriyasının xoru, həmçinin İtaliya, Almaniya, RusiyaAzərbaycandan olan solistlərin iştirakı ilə C. Verdinin "Rekviyem" əsərinin dirijorluğunu həyata keçirmişdir[26].

2020-ci ilin fevralında Moskvanın "Gelikon-opera" teatrında L. Vaynşteynin "Küllücə" operasının musiqi rəhbəri olmuşdur (rejissor İ. İlyin)[27][28].

Yalçın Adıgözəlov Azərbaycan musiqiçiləri arasında ilk dəfə ölkə mədəniyyətini dünyanın Wiener Musikverein[29], London Barbican Centre[30], Berliner Philharmonie[31], London Cadogan Hall, Central Hall Westminster Abbey[32], Konzerthaus Berlin, Arena di Verona, Smetana Hall Prague, Cidade Das Artes and Theatro Municipal do Rio de Janeiro[33], Linder Auditorium Johannesbur, Koninklijk Royal Conservatorium Brussels kimi nüfuzlu konsert salonlarında, həmçinin Moskva Konservatoriyasının Böyük zalında[34], Riqa Böyük Gildiyasında, PekinKüveytin opera salonlarında layiqincə təmsil etmişdir.

Simfonik dirijor kimi Böyük Britaniya Kral Filarmoniya Orkestri (RPO)[35][36], Braziliya simfonik orkestri, Mexiko ştatının simfonik orkestri[37], Yohannesburq Filarmoniya Orkestri (JPO), L’Orchestra Italiana del Cinema (OIC), Slowakische Radio Symphonie Orchester[38], Vyana Kamera Orkestri, Zaqreb Kamera Orkestri, Braşov Filarmoniyası, Karlovı Varı simfonik orkestri, Budapeşt Dunay Simfonik Orkestri[39], Junge Philharmonie Köln[40] orkestri, eləcə də Rusiya milli simfonik orkestri[41], Sankt-Peterburq Filarmoniyasının akademik simfonik orkestri, Dnepr Dövlət Simfonik Orkestri[42], Moskva, Riqa, Yekaterinburq[43], Minsk, Kişinyov, Xarkov, Astana, İzmir[44], Liepaya[45], Adana[46], Bişkek şəhərlərinin filarmoniya orkestrləri və Ankara Prezident simfonik orkestri ilə dəfələrlə çıxış etmişdir[3].

Opera dirijoru kimi dəfələrlə Kiyev, Minsk[47], Daşkənd[48], Lvov, Kişinyov[49], Tbilisi, Astana, Odessa[50], Samsun[51] kimi şəhərlərin opera truppaları ilə və M. Rostropoviç, N. Petrov, B. Berezovski, F. Bədəlbəyli, X. Şaham, İ. Monigetti, S. Stadler, D. Koqan, P. Yablonski, İ. Biret, G. Onay, R. Qalyano, Al Bano və başqa görkəmli solistlərlə əməkdaşlıq etmişdir[5][52][53].

Professor Yalçın Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur[5]. Onun tələbələri hazırda respublikanın aparıcı dirijorlarıdır[1]. 2023-cü ilin dekabrında Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru təyin olunmuşdur.[54]

Dirijorun P. İ. Çaykovski adına Böyük simfonik orkestr[55], İstanbul Opera Orkestri, Rusiya Radio-Televiziya Orkestri, Liepaya simfonik orkestri, Ukrayna Milli Simfonik Orkestri və Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə ABŞ, Türkiyə, Rusiya, Cənubi Koreya (SONY), Almaniya (NAXOS) və Böyük Britaniyada (OLIMPIA) 16 kompakt-diski işıq üzü görmüşdür[5].

  • 1993 – Çaykovski adına Böyük Simfonik Orkestrlə 3 kompakt-disk:
  1. F. Əmirovun əsərlərindən ibarət müəllif diski: "Kürd ovşarı" və "Gülüstan Bayatı Şiraz" simfonik muğamları, "Azərbaycan kapriççosu", "Nəsimi" faciəvi musiqisi.
  2. Q. Qarayev: "Leyli və Məcnun" simfonik poeması; S. Hacıbəyov: "Karvan" simfonik lövhəsi; V. Adıgözəlov: "Violonçel və orkestr üçün konsert", solist V. Simon; M. Mirzəyev: "Sədini oxuyarkən" simfonik poeması
  3. Ü. Hacıbəyov: "Koroğlu" operasından uvertüra; F. Tüzün (Türkiyə): "Conversation"; N. Xalməmmədov (Türkmənistan): "Simfonik lövhələr"; T. Məhəmmədcanov (Qazaxıstan): "Love Poem"; A. Sabitov (Özbəkistan): "Qəhrəmanlıq uvertürası"; M. Beqaliyev (Qırğızıstan): "Simfonik poema"
  • 1997 – ilk dəfə olaraq Azərbaycan Dövlət Simfonik Orkestri ilə Azərbaycan opera, balet və simfonik musiqisindən ibarət 4 kompakt-diskdən ibarət "Classical Music of Azerbaijan" antologiyasını lentə almışdır. (Fikrat Amirov; Azerbaijan Capriccio, Kurd-Afshari, Nasimi, Arabian Nights; Gara Garayev; Leyli and Majnun, Seven Beauties, Path of Thunder; Soltan Hajibeyov; Karvan. Ogtay Zulfugarov; Holiday Overture; Vasif Adigezalov; Piano Concerto No. 4 , Haji Khanmammadov; Concerto for Tar and Orchestra; Uzeyir Hajibeyov; Koroqlu, Arshin Mal Alan, Muslim Magomayev; Shah Ismayil, Nargiz (excerpts); Gara Garayev & Jovdat Hajiyev, Vatan (Motherland), Fikrat Amirov, Sevil (excerpts)
  • 1998 – Çaykovski adına Böyük Simfonik Orkestrlə "Maestro Niyazi" CD-si (Azərbaycanda ilk dəfə olaraq, qeyd edilən məhsulda əmtəə barkodu yerləşdirilmişdir.) (Niyazi "Rast"; P. Çaykovski "Romeo və Cülyetta"; R. Vaqner "Giriş və İzoldanın ölümü")[56]
  • 2000 – Rusiya Dövlət Simfonik Radio-Televiziya Orkestri ilə CD (P. Çaykovski "Françeska da Rimini"; S. Raxmaninov "2 saylı simfoniya")
  • 2001 – İstanbul Operasının orkestri ilə CD (tam versiya) və A. Məlikovun "Məhəbbət əfsanəsi" baletinin DVD-si
  • 2004 – Çaykovski adına Böyük Simfonik Orkestrlə CD (L. Vaynşteyn "6 saylı simfoniya", "Skripka və orkestr üçün konsert" (solist D. Koqan), "Simli orkestr üçün simfonetta")
  • 2019 – Ukrayna Milli Simfonik Orkestri və soprano Selcan Nəsibli ilə "Femmes Fatales"" albomu (Bize, Rimski-Korsakov, Puççini, Şimanovski və Barberin əsərlərindən ibarət)
  • 2021 – "Azerbaijani Symphonic Mughams" (Niyazi "Rast"; V. Adıgözəlov "Segah" simfonik muğamları) — Liepaya simfonik orkestri və "Qarabağ" üçlüyü".[57][58][59]
  1. Biz qayıdacağıq (film, 2007)
  • Babası — Zülfüqar (Zülfi) Səməd oğlu Adıgözəlov (1898–1963), xanəndə, Qarabağ muğam məktəbinin parlaq nümayəndəsi, Azərbaycanın əməkdar artisti.
  • Atası — Vasif Zülfüqar oğlu Adıgözəlov (1935–2006), bəstəkar, pianoçu, ictimai xadim, pedaqoq, Qara Qarayevin ən parlaq tələbələrindən biri, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, professor, "Şöhrət" və "İstiqlal" ordenləri laureatı.
  • Anası — Xalidə Ağaəli qızı Məmmədbəyli, 1961–2011-ci illərdə Azərbaycan Tibb Universitetinin fransız dili müəllimi.
  • Qardaşı — Toğrul Vasif oğlu Adıgözəlov, reanimator-anestezioloq, tibb elmləri namizədi (Seçenov adına Moskva Universiteti), fəlsəfə doktoru, səhiyyə sahəsində görkəmli təşkilatçı.
  • Əmisi — Rauf Zülfüqar oğlu Adıgözəlov (1940–2002), skripkaçı (Moskva konservatoriyasının məzunu, D. M. Sıqanovun sinfi), vokalçı, Bakı Konservatoriyasının professoru, Azərbaycanın əməkdar incəsənət xadimi.
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Odessa Opera və Balet Teatrı. "Ялчин Адигезалов" (rus). Одесский государственный академический театр оперы и балета. 06.11.2011. 2020-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  2. "Xalq artisti Yalçın Adıgözəlovun qızının ötən gün toyu olub - VİDEO". Oxu.Az (az.). 2023-10-09. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-10.
  3. 1 2 3 4 5 6 7 Bakı Musiqi Akademiyası. "Adıgözəlov Yalçın Vasif oğlu" (az.). Bakı Musiqi Akademiyası. 06.11.2015. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  4. Рустам Гасымов. "Наши корифеи: Универсальный музыкант, понимавший музыку изнутри" (rus). Новая Эпоха. 03.02.2019. 2020-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  5. 1 2 3 4 5 6 С.Масель. "В 50 все только начинается..." (rus). Азербайджанская национальная библиотека. 06.11.2009. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  6. Məktəblinin Elektron Musiqi Kitabxanası. "Azərbaycan ifaçıları. Adıgözəlov Yalçın Vasif oğlu (1959)" (az.). Məktəblinin Elektron Musiqi Kitabxanası. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  7. Teleqraf. "Ankarada Vasif Adıgözəlovun "Çanaqqala-1915" oratoriyası səsləndirilib" (az.). Teleqraf. 03.04.2015. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  8. AzərTAc. "Altmış yaşlı dirijor" (az.). AzərTAc. 02.12.2019. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  9. Рустам Гасымов. "Звезды оперы Украины, Беларуси и Азербайджана выступят в опере «Богема»" (rus). Новая Эпоха. 29.01.2020. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  10. Рустам Гасымов. "Артисты Беларуси, Украины и Азербайджана выступят на одной сцене" (rus). Новая Эпоха. 03.03.2018. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  11. Sputnik. "Оперные певцы из Казахстана и Украины выступят на бакинской сцене" (rus). Sputnik. 19.04.2017. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  12. Рустам Гасымов. "Джамиля Керимова дебютирует в роли Зобейды в балете "Шахерезада"" (rus). Новая Эпоха. 01.10.2019. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  13. Рустам Гасымов. "Балет «Шахерезада» вновь на бакинской сцене" (rus). Новая Эпоха. 15.02.2018. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  14. Рустам Гасымов. "Мавританско-андалузские страсти на бакинской сцене" (rus). Новая Эпоха. 14.10.2019. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  15. Sputnik. "Яркое завершение 108-го сезона в Театре оперы и балета" (rus). Sputnik. 22.06.2017. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  16. Рустам Гасымов. "В Баку пройдет премьера балета «Насими»" (rus). Новая Эпоха. 14.05.2019. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  17. Лидия Алешина. ""Геликон-опера" представила российскую премьеру спектакля "Золушка"" (rus). Classical Music News. 14.02.2020. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  18. Интерфакс. "Азербайджанские "Легенды симфо-мугама" произвели фурор на концерте в Латвии" (rus). Интерфакс-Азербайджан. 08.01.2014. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  19. Интерфакс. "Азербайджанская классическая музыка покорила Китай" (rus). Интерфакс-Азербайджан. 27.01.2014. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  20. AzərTAc. "Brazilian EBC radio airs program on Azerbaijani music" (ingilis). AzərTAc. 17.10.2015. İstifadə tarixi: 2020-07-29.
  21. Bellini News, Registrazione Ttibunale di Catania
  22. Könül Aypara. "Musiqili Teatrın solisti Küveytdə alqışlarla qarşılanıb" (az.). Mediapress. 23.05.2013. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  23. Fakt Xəbər. "Azərbaycanın Küveytdəki Səfirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib" (az.). "Fakt Xəbər" internet qəzeti. 22.02.2013. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  24. Интерфакс. "Грандиозный успех азербайджанской музыки в Италии" (rus). Интерфакс-Азербайджан. 15.09.2014. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  25. "Şərq qapısı" qəzeti. ""Dədə Qorqud" kamera orkestrinin konserti keçirilib" (az.). Şərq qapısı. 25.09.2018. 2018-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  26. Рустам Гасымов. "«Джузеппе Верди. Реквием» – грандиозный концерт классической музыки" (rus). Новая Эпоха. 01.07.2019. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  27. Trend İnformasiya Agentliyi. "Азербайджанская "Золушка" с триумфом представлена в Москве с 3D технологиями" (rus). Информационное Агентство Тренд. 14.02.2020. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  28. Trend İnformasiya Agentliyi. ""Золушка" Вайнштейна – синтез Востока и Запада" (rus). Информационное Агентство Тренд. 12.02.2020. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  29. Trend İnformasiya Agentliyi. "Свершилось! Впервые азербайджанский дирижер на сцене Музикферайн!" (rus). Информационное Агентство Тренд. 17.10.2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  30. Интерфакс. "Фестиваль Бута представил в Лондоне Ниязи: концерт азербайджанской классической музыки" (rus). Интерфакс-Азербайджан. 12.12.2014. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  31. Trend İnformasiya Agentliyi. "На сцене легендарной Берлинской филармонии – овации для азербайджанских музыкантов" (rus). Информационное Агентство Тренд. 27.11.2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  32. Trend İnformasiya Agentliyi. "Londonda Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilib" (az.). Trend İnformasiya Agentliyi. 12.03.2014. 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  33. Xalq qəzeti. "Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Rio-de-Janeyroda konsert proqramı təşkil edilib" (az.). Xalq qəzeti. 16.08.2019. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  34. Рустам Гасымов. "«Оперные голоса Азербайджана» на открытии фестиваля «Opera Art»" (rus). Новая Эпоха. 08.04.2019. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  35. Интерфакс. "Азербайджанская классическая музыка прозвучала в Лондоне" (rus). Интерфакс-Азербайджан. 12.03.2014. İstifadə tarixi: 2020-07-22.[ölü keçid]
  36. Heydər Əliyev Fondu. "Qəbələdə II Beynəlxalq Musiqi Festivalına start verilib" (az.). Heydər Əliyev Fondu. 25.07.2010. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  37. Day.az. "Meksikada Yalçın Adıgözəlovun rəhbərliyi altında konsert keçirilib" (az.). Day.az. 11.06.2013. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  38. European Foundation for Support of Culture. "Miroslav Kultyshev's concert with Slovak Radio Symphony Orchestra in Vienna, Austria" (ingilis). European Foundation for Support of Culture. 15.10.2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  39. Trend İnformasiya Agentliyi. "Azərbaycanın xalq artistləri Budapeştdə konsert proqramı ilə çıxış ediblər" (az.). Trend İnformasiya Agentliyi. 22.03.2014. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  40. Laman Ismayilova. "Azerbaijani classical music sounds in Berlin" (ingilis). Mansfieldtya. 29.11.2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  41. Mədəniyyət TV. "Rusiya Milli Simfonik Orkestri. Niyazi - "Rast" simfoniyası" (az.). Youtube.com. 24.08.2020. İstifadə tarixi: 2020-08-24.
  42. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. "Ukraynada Azərbaycan Respublikasının və Qara Qarayevin 100 illiyi qeyd olunub" (az.). Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. 05.12.2018. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  43. Trend İnformasiya Agentliyi. "Магия и триумф азербайджанского дирижера в Екатеринбурге. Больше ста человек играют как одно целое!" (rus). Информационное Агентство Тренд. 16.09.2019. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  44. Trend İnformasiya Agentliyi. "Ялчин Адигезалов отметил юбилей в крупнейшем концертном зале Эгейского побережья Турции" (rus). Информационное Агентство Тренд. 13.12.2019. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  45. Azərbaycanın Latviya səfirliyi. "Digər sahələr üzrə əməkdaşlıq" (az.). Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyi. 20.08.2012. 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  46. Trend İnformasiya Agentliyi. "Ялчин Адигезалов отмечает двойной юбилей гастролями по Турции" (rus). Информационное Агентство Тренд. 02.12.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  47. Belarus Dövlət Opera və Balet Teatrı. "National Opera and Ballet of Belarus Orchestra" (ingilis). Нацыянальны акадэмічны Вялікі тэатр оперы і балета. 13.06.2016. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-29.
  48. Интерфакс. "Известный азербайджанский дирижер удостоен почетного диплома II Международного фестиваля оперного искусства в Ташкенте" (rus). Интерфакс-Азербайджан. 12.05.2011. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  49. Интерфакс. "Азербайджан представил "Пиковую даму" на ХХV международном оперном фестивале имени Биешу в Кишиневе" (rus). Интерфакс-Азербайджан. 20.09.2017. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
  50. Trend İnformasiya Agentliyi. "Бархатный сезон в Одессе. З роси і води! Uğurlar Sizə!" (rus). Информационное Агентство Тренд. 11.09.2019. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  51. Türkiyə Radio Televiziya Qurumu. ""Nəsimi" baleti Türkiyə səhnəsini fəth etdi" (az.). TRT Azərbaycan. 15.12.2019. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  52. Bakı şəhər Mədəniyyət Baş İdarəsi. "Dirijor, Xalq artisti Yalçın Adıgözəlovun doğum günüdür" (az.). Bakı şəhər Mədəniyyət Baş İdarəsi. 03.11.2019. 2020-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  53. YARAT Müasir İncəsənət Mərkəzi. "Muzeydə gecə: "Şərqi hiss et"" (az.). YARAT Müasir İncəsənət Mərkəzi. 30.11.2016. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  54. APA. "Yalçın Adıgözəlov Dövlət Simfonik Orkestrinin bədii rəhbər - baş dirijoru təyin olunub" (az.). APA. 28.12.2023. 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
  55. YARAT Müasir İncəsənət Mərkəzi. "Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti" (az.). EduMap. 24.10.2017. 2020-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  56. Discogs. "Yalchin Adigezalov Дискография" (ingilis). Discogs. 12.05.2020. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  57. Аждар Улдуз. "«Карабахский симфомугам» с лейблом SONY или что происходит, когда у культуры появляется столица" (rus). Зеркало. 23.07.2021. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-06.
  58. Vienna Consulting. "Azerbaijani Symphonic Mughams" (ingilis). Spotify. 23.07.2021. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-06.
  59. IsraBox. "Liepaja Symphony Orchestra & Yalchin Adigezalov - Azerbaijani Symphonic Mughams (2021)" (ingilis). IsraBox. 16.07.2021. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-06.
  60. AzərTAc. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). AzərTAc. 15.05.2007. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  61. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". president.az (az.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 2012-09-14. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  62. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30.04.2014. 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  63. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2015. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  64. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2016. 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  65. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  66. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
  67. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  68. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  69. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  70. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  71. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  72. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
  73. Trend İnformasiya Agentliyi. "В Баку состоялась церемония награждения премии "Зирвя"" (rus). Информационное Агентство Тренд. 10.03.2015. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  74. President.Az. "Y.V.Adıgözəlovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 02.11.2019. 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  75. Mədəniyyət TV. "Mədəniyyət və incəsənət xadimlərinə "Heydər Əliyevin 100 illiyi " yubiley medalı təqdim edilib" (az.). Youtube.com. 08.05.2024. İstifadə tarixi: 2024-05-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]