Adıge iqtisadiyyatı

Maykop dəmiryol stansiyası

Adıge Respublikası - Rusiya Federasiyasınin Şimali Qafqaz iqtisadi rayonu tərkibindədir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Maykop şəhərinin ictimai nəqliyyatının sxemi
Maykop SES-in görünüşü

Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmini 1,2 dəfə üstələyir. Adıge RF-nin subyektləri arasında üzüm şərabı (6-cı yer), emallıq ağac-oduncaq (7-ci yer), karton (9-cu yer), şəkər tozu (15-ci yer), tərəvəz şirələri və meyvə-tərəvəz konservi istehsalında seçilir. Respublikanın ümumi məhsulunda ticarət və kommersiya fəaliyyəti 14,5%, k.t. 14,1%, sənaye 13,5%, tikinti 9,6%, nəqliyyat 2,7% paya malikdir (2002). İqtisadi cəhətdən fəal əhalinin (200 min nəfər) 16,9%-i sənaye sahələrində, 20,3%-i k.t.-da çalışır. İşsizlik səviyyəsi 13,5% – RF üzrə orta səviyyədən 1,7 dəfə yüksək, ayda adam başına düşən pul gəliri isə 45% azdır. Adıgenin enerji ehtiyatları tələbatının 50%- dən azını təmin edir.[1] Bütün sənayesi, demək olar ki, Maykopda cəmləşmişdir. Yeyinti, taxta-şalban, ağac emalı və sellüloz-kağız, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi aparıcı sahələrdir. Respublikaya gətirilən məhsullar içərisində qənnadı istehsalı üçün xammal, makaron və tütün məmulatları, gübrə və zəhərli kimyəvi maddələr əsas yer tutur.

Adıgenın k.t.-nda bitkiçilik məhsulları üstünlük təşkil edir. Kənd təsərrüfatı torpaqlarının 80%-i (3,3 min km²-dən çox) şumlanır (yarıdan çoxunda dənli bitkilər). Taxıl (332,7 min t), texniki (raps, günəbaxan, şəkər çuğunduru, tütün) və yemlik bitkilər yetişdirilir; üzümçülük, meyvəçilik inkişaf etmişdir. Otlaq heyvandarlığı (63,4 min baş iribuynuzlu qaramal) ət-süd yönümlüdür; donuz (36,2 min baş) qoyun və keçi (22,2 min baş), at, quş saxlanılır; həmçinin arıçılıq inkişaf etdirilir.

K.t. məhsulları istehsalı: süd 102,4 min t, kəsilmiş mal-qara və quş əti 15,1 min t, yumurta 50,6 mln. ədəd (2002). Bərkörtüklü avtomobil yollarının uzunluğu 1,5 min km, ərazisindəki d.y.-nun uzunluğu 148 km-dir. Maykop dəmiryol magistralları qovşağıdır. Maykop–Ust-Labinsk, Maykop–Tuapse, Maykop–Armavir qaz kəmərləri; Maykopda aeroport fəaliyyət göstərir. 

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar  [redaktə | mənbəni redaktə et]

  1. "Республика Адыгея". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.