Adem Kılıççı (18 aprel 1986[1], Ağrı) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür[2].
Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur.[3] Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib.[4] Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib.
Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışaraq finala qədər irəliləyib. Başdan sona qədər güclü yarışma sərgilməsinə baxmayaraq finalda sms səsverməsində rəqibinə məğlub olaraq 2-ci yerin sahibi olub. Hələ boksla məşğul olan Adəm Kılıççı 2019-cu ildə "Sportial" adlı idman zalı açıb.
- 2004-cü ildə Antalyada keçirilən boks üzrə dünya çempionatında gümüş medal qazanmışdır[5]
- 2007-ci ildə Çikaqoda keçirilən Həvəskar Boks üzrə Dünya Çempionatında bürünc medal qazandı[6]
- 2008-ci il Yay Olimpiya Oyunları çərçivəsində avqustun 10-da 69 kiloqram çəki dərəcəsində ilk raundda ingilis Billy Joe Saundersə 14–3 hesabı ilə uduzdu. İlk raundda 2–0, 2-ci raundda 6–1, 3-cü raundda isə 11–2 hesablı geridə qalan Kılıçcı matçı da 14–3 hesabı ilə uduzdu[7]
- 2009-cu ildə Aralıq dənizi Oyunlarında gümüş medal qazanıb. (Paskara, İtaliya)
- 2011-ci ildə böyüklər arasında Avropa çempionatında gümüş medal qazandı. (Ankara)
- 2012-ci ildə London Olimpiadasında iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin 1 fevral 2017-ci il tarixli qərarı ilə o, dopinq testində dehidroxlormetil testosteron (turinabol) adlı qadağan olunmuş maddə aşkar edildiyi üçün London Olimpiadasından kənarlaşdırılıb və dərəcəsi (5-ci yer) ləğv edilib[8][9]
- 2013-cü ildə Aralıq dənizi Oyunlarında qızıl medal qazandı. (Mərsin)
- 2014–2015-ci il Dünya Boks Federasiyasının (AIBA) təşkilatçılığı ilə APB Peşəkar Boks Liqasında Dünya Çempionu kimi Rio Olimpiadasında iştirak etmək hüququ qazanıb. Nümunəsində qadağan olunmuş maddə aşkar edildiyi üçün o, Rioya gedə bilməyib.[10]
- 21 yanvar 2017-ci ildə yayımlanan 2017 Survivor heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.
- 10 fevral 2018-ci ildə yayımlanan Survivor All Star 2018-də Məşhurlar heyətində iştirak etdi. Böyük finalda Nagihan Karadereni son səsvermədə keçərək çempion olub.
- 15 yanvar 2022-ci ildə yayımlanan 2022 Survivor 2022: All Star heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.
| |
---|
Foto, video və audio | |
---|
Tematik saytlar | |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|