Adəmilər — Adəmin yaradılış zamanı içində olduğu məsumluq vəziyyətinə qayıdış haqqında xristian bidət təliminin davamçıları. Onlar məclislərinə çılpaq şəkildə gəlir, ailə və evlilik anlayışlarını rədd edir, təbiətin günahsız olduğunu iddia edirdilər. Sodomit nudist icmalar II əsrdə Şimali Afrika qnostikləri arasında, XIV–XV əsrlərdə Bolqarıstanda, Husçular hərəkatı dövründə Çexiyada geniş yayılmışdır.[1]