Adana Arxeologiya Muzeyi

Adana Arxelogiya MuzeyiTürkiyədə, Adana vilayətində yerləşən və arxeoloji əsərlərin sərgiləndiyi muzey. Muzey 1924-cü ildə yaradılmışdır.[1]

Adana Arxeologiya Muzeyi
Adana Arkeoloji Müzesi
Roma imperatoru Adrianın heykəli.
Roma imperatoru Adrianın heykəli.
Xəritə
Əsası qoyulub 1924
Mövzu arxeologiya
Ölkə
Yerləşir Adana, Türkiyə Türkiyə
Kolleksiyası Tarixi əşyalar
36°59′42″ şm. e. 35°18′49″ ş. u.HGYO
muze.gov.tr/tr/muzeler/a…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illərdə Polis Dairəsində xidmət göstərən muzey 1928-ci ildə Daşkörpü bölgəsindəki Cəfərpaşa Məscid Mədrəsəsinə, daha sonra Qurukörpü Yunan kilsəsinə daşındı. 1935-ci ildə muzeyə etnoqrafiya salonu əlavə edildi. 1950-ci ildə muzey Etnoqrafiya Muzeyinin binasına köçürüldü. 1966-cı ildə isə Mədəniyyət Parkında yeni muzey binasının inşasına başlanıldı. 1972-ci ildə bu bina xidmətə verildi. Alyanaqzadə Həlil Kamil Bəy və Ali Rza Yalman muzeyin inkişafında böyük rol oynamış müdirlərdir.

Sərgilənənlər əsərlər

[redaktə | mənbəni redaktə et]

Adana Arxeoloji Muzeyində Tarsus-Gözlügüllə, Mersin-Yümüktəpə, Milis, Qaratəpə, Soyuqsutəpə və başqa arxeoloji qazıntı yerlərində tapılan və Adana tarixi ilə əlaqədar əsərlər nümayış olunur. Bunlar tarix öncəsi, Hitit, Assuriya, Finikiya, Frig, Ellen, Roma və Bizans dövrlərinə aid heykəl, kitabə, stel, memarlıq parçaları kimi daş əsərlər, bişmiş torpaqdan düzəldilmiş müxtəlif qablar, silindir və maqma möhürləri, dəmir pullar və digər tarixi əşyalardır. Muzeydə Səlcuq və Osmanlı mədəniyyətlərinə dair əsərlərdə var. Muzeyin ən əsas əsərləri qəbir daşlarıdır. Bunlar arasında 3848 nömrəli qəbir daşı 1958-ci ildə Tarsusda tapılmış və muzeyə gətirilmişdir. Qəbir daşının üzərində Troya qəhrəmanı Hektorun cəsədinin qurtarılması, Kral Priamosun Axillesə yalvarışı, kralın arabasından enişini təsvir edən qabartmalar təsvir edilmişdir.

  1. Nedim Dervişoğlu: Das Neue Archäologische Museum von Adana. Von der Textilfabrik zum Fenster in die Geschichte Kilikiens. In: Antike Welt. Nr. 3/2018. Zabern-Verlag, Mainz/Darmstadt 2018, S. 86–89.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]