Finikiya (yun. Φοίνικες, foynikes, "al-qırmızılar ölkəsi") — Suriya, Livan və İsraili əhatə edən, Aralıq dənizi sahilində qədim ölkə idi. Ən böyük şəhərləri Bibl, Sidon və Tir şəhərləri idi.
Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semitdilli tayfalardan idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrilmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi. Digər Asiya ölkələrindən fərqli olaraq, Finikiya şəhər-dövlətlərin (Tir, Sidon, Palmira və s.) federasiyasını təşkil edirdi. Bu şəhərlərin başında şah dururdu. Onların hakimiyyəti kahinlər, adlı-sanlı və zəngin tayfalar şurası xalq yığıncağı (veçe). tərəfindən məhdudlaşdırılırdı. Buna görə də, həmin şəhər-dövlətlərə aristokratiya və ya plutokratik (dövlət hakimiyyətinin varlı adamların əlində olduğu siyasi quruluş) respublika səciyyəvidir. Şəhərlərdə köhnə və yeni vətəndaşlar, həmçinin şəhər və kəndlər arasında ziddiyyətlər mövcud idi: kəndlilər böyük mükəlləfiyyət daşıyır, qulların vəziyyəti daha ağır idi. Ümumilikdə götürdükdə isə, finikiyalılar çox ciddi, zirək, tədbirli, inadkar və çox ideal olmasa da, praktik bir xalq idi.
Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış koloniyalar kömək edirdi.
Qədim finikiyalıların mədəniyyəti haqqında danışarkən onların dini təsəvvürlərini qeyd etmək vacibdir. Bütün Suriya xalqlarında olduğu kimi, finikiyalıların da dini xalis hissi xarakter daşıyır, təbiəti ilahiləşdirirdi. Onun mahiyyətini yaradıcı və artım gətirən təbiət qüvvələrinə sitayiş və etiqad təşkil edirdi.
Baş allah Günəşin təmsilçisi olan Vaar, digər şəhərlərin allahları Vaal-Peor, Vaal sev və başqaları hesab olunurdu. Bununla yanaşı, məhəbbət ilahəsi Vaaltis (Əşşəra) da mövcud idi. Dağıntı allahı Molox öküzbaşlı görkəmə malik idi, qadın allahı Astarta da dini obrazlardan birini təmsil edirdi. Tir şəhərinin yerli himayəedici allahı Melkartda – (yəni səyyar günəşdə təmsil olunan), həm yaradar, həm də dağıdardı. Adonis, qürub edən Günəş, Daqon isə dəniz allahı idi. Finikiyalıların sitayişi, həm sərt (belə ki, Molox və Astartanın şərəfinə insanlar qurban verilərdi), həm də hisslərlə (ilahə Vaaltisin şərəfinə məbədlərdə qızlar insan ehtiraslarını coşdururdular) müşayiət olunan idi. Bu xalqda sünnət də dini səciyyə kəsb edirdi.
Parçanın qırmızı rəngə boyanması da ilk dəfə Finikiyada kəşf olunmuşdur. Dünyada ilk dəfə burada gümüş pul zərb edildi. Metal emalı, toxuculuq istehsalı və oymaçılıq sənəti sahəsində böyük nailiyyətlər əldə edildi.
Qədim finikiyalıların ədəbiyyatı haqqında məlumatların mədəniyyət tarixində azlıq təşkil etməsinə baxmayaraq bu xalqın ədəbi fəaliyyəti haqqında da fikir yürütmək olar. Finikiyalıların özlərinin kəşf etdikləri və ya onların daha qədim yazıdan iqtibas etdikləri yazı sistemi (e.ə. XI-X əsr) Yunan əlifbasının və eyni zamanda müasir əlifbanın sələfidir. Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər onu Hindistan və Mərkəzi Asiyaya kimi yaydılar. Yunanlar bu əlifbaya müəyyən dəyişikliklər edərək mənimsədilər. Onlar bu əlifbanı soldan sağa yazarıq bir neçə sait səs əlavə etdilər.
Qədim Finikiya incəsənəti haqqında biliklər yeganə yunan tərcüməsindən bəllidir. Bu tərcümədə e.ə. 500-cü ildə Afrikanın cənub sahillərinədək gedib çıxmış Hənnanın səyahəti haqqında təsəvvürlərin mövcud olması qeyd edilir. Finikiyalıların incəsənəti o qədər də orijinal deyildi. Bu incəsənətdə Babil-Misir təsiri də duyulmaqdadır. Lakin finikiyalılar gözəl memarlıq nümunələri yaratmışlar. Bu memarlar Suriya ərazisində olan bütün semit dövlətlərinin işlərində yaxından iştirak etmişlər. Tir şəhərinin yetirməsi olan memar Kiram, Yerusəlim məbədini inşa etmişdir. İndiyədək Vaalbəy və Palmira şəhərinin dağıntı və xarabalıqları qalmaqdadır ki, bunlar da bir daha finikiyalıların təmtəraqlı tikintilərə olan maraq və sevgisinin şahididir. Ümumiyyətlə, Finikiya mədəniyyəti nümunələrinin dünya mədəniyyət tarixində qismən azlıq təşkil etməsinə baxmayaraq sənətkarlıq aspektindən o, öz unikal üslub tərzinə görə bəşər sivilizasiyasında özünəməxsus yer tutan mədəniyyətlərdən biri ola bilmişdir.[1]
Qədim finikiyalılar balıqçılıqla, sənayə və ticarətlə məşğul idilər. Bu ölkədə dağ-mədən sənayəsi də inkişaf etdirilirdi. Ölkənin dənizin kənarında yerləşməsi Finikiyada dənizçiliyin inkişafına səbəb olmuşdur.Finikiyalılar gözəl sənətkar idi. Onların çox nəhəng gəmiləri mövcud idi. Bu sahədə finikiyalılar dünyanın digər xalqlarına güclü təsir göstərirdi.
Dənizçilik ticarəti inkişaf edirdi. Onun marşrutları Şərqdə Hindistan, Qərbdə isə Yunanıstan, İtaliya, İspaniya və hətta Böyük Britaniya adalarınadək, Şimal dənizinin sahillərinədək uzanırdı. İskəndəriyyənin şöhrəti yüksələndən sonra (b.e.ə. 330-cu illərdən) Finikiya özünün əvvəlki kommersiya əhəmiyyətini tamamilə itirdi. Bu xalq dünyada şüşə istehsalı sahəsində də çox məşhurlaşmış və böyük təcrübə əldə etmişdi. Parçanın qırmızı rəngə boyanması da ilk dəfə Finikiyada kəşf olunmuşdur. Dünyada ilk dəfə burada gümüş pul zərb edildi. Metal emalı, toxuculuq istehsalı və oymaçılıq sənəti sahəsində böyük nailiyyətlər əldə edildi.
Волков А.В. Загадки Финикии. М., 2004. – 320 с.