Adana kababı

Adana kababıTürk mətbəxinə aid kabab növü.[1] Quzu ətindən qıyma, quyruq yağı, pul bibər və digər inqredientlərdən hazırlanır.[1]

Adana kababı
Mənsubiyyəti Türk mətbəxi
Lazımi komponentlər quzu ətindən qıyma, quyruq yağı, pul bibər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adana kababının müəllifi barədə konkret məlumat mövcud deyil. Ancaq qeyd olunan təamın Türkiyənin Adana bölgəsində meydana çıxdığı güman üçün adı da həmin coğrafi məntəqə ilə bağlıdır. Ümumən Yaxın Şərqdə bu qəbildən olan kabab növləri geniş yayılmış olsa da, təamın müəlliflik hüquqları hal-hazırda Adana Ticarət Palatasına məxsusdur.[2]

Adana kababı quzu ətinin xüsusi bıçaqla kiçik hissəciklərə bölündükdən sonra quyruq yağı və pul bibər ilə qarışdırılması ilə əldə olunan qıymanın zəif yanan közdə kabab edilməsi ilə əldə olunur.[3] Kababın servisi həm dürmək, həm də birbaşa boşqabda əsas yemək olaraq həyata keçirilir.

Adanada sözügedən təama həsr olunmuş xüsusi tədbirlər həyata keçirilir. Hər il dekabr ayının ikinci şənbə günü "Adana kababı və şalğam şirəsi festivalı" olaraq qeyd olunur.[4] Küçə festivalı halında qeyd olunan tədbir müsiqiçilərin müşaiyəti ilə baş tutur. İştirakçılar Türkiyədə ənənəvi kombinasiya hesab olunan adana kababı, şalğam şirəsi və türk milli spirtli içkisi rakı istehlak edirlər.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Adana'nın meşhur Adana Kebabı evde nasıl yapılır? (Masterchef Adana Kebap tarifi)". ntv.com.tr (türk). NTV (Türkiyə). 17.08.2020. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2022.
  2. "Coğrafi İşaret Tescil Belgesi". turkpatent.gov.tr (türk). Türk Patent İnstitutu. 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fev 2022.
  3. "ADANA KEBABI". kulturportali.gov.tr (türk). Türkiye Kültür Portalı. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2022.
  4. 1 2 "Adana Rakı Festivali nedir? Kebap ve Şalgam Festivali neden iptal edildi!". haberler.com (türk). 17 dekabr 2019. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fev 2022.