Adaptiv idarəetmə

Adaptiv idarəetmə — idarə olunan obyektin parametrlərinin dəyişməsindən və ya xarici təsirdən asılı olaraq, tənzimləyicinin parametr və ya strukturunu optimallaşdırma meyarına və ya təlimata uyğun adaptasiya etməyə imkan verən idarəetmə üsuldur. Uyğun üsulu icra edən sistemlər adaptiv idarəetmə sistemləri adlanır.

İşləmə prinsipi

[redaktə | mənbəni redaktə et]

Optimallaşdırma meyyarına uyğun adaptasiya adətən bir dəfə və ya çox az sayda baş verir. Verilmiş təlimata uyğun adaptasiya isə daimi yerinə yetirilir. Tənzimləyicinin öz-özünə adaptasiyası adətən onun parametrləri üzərindən həyata keçirilir. Öz-özünə tənzimlənən, uyğunlaşan və optimallaşan sistemlər "adaptiv" sözünə sinonim işlədilən analyışlardır. Klassik adaptiv idarəetmə sistemində tənzimləmə üç səciyyəvi mərhələdən ibarətdir: identifikasiya, qərar qəbuletmə və modifikasiya. İdentifikasiya "on-line" şəraitində tənzimləmə dövrəsinin giriş və çıxış siqnallarının qiymətləndirilməsi ilə aparılır. Burada, ya tənzimləyici dövr, ya da bir başa tənzimləyicinin öz parametri təyin edilir. Qərarvermə mərhələsində əldə olunmuş informasiya nəticəsində tənzimləyicinin qiymətinin verilmiş qiymətə uyğun gəlməsi dəyərləndirilir və uyğunlaşma müəyyənləşdirilir. Adaptasiya növündən asılı olaraq biləvasitə və bir başa tənzimləmə fərqlənir. Birinci halda tənzimləyicinin modeli əvvəlcədən məlum olur. İkinci halda buna ehtiyac olmur. Modifikasiya, qərara alınmış dəyişmənin həyata keçirilməsi ilə bağlıdır.

Adaptiv sistemlər struktur və işləmə prinsipinə görə model muqayisə üsuluna, özüsazlanan və idarə olunan adaptasiya üsullarına bölünürlər. Model müqayisə üsulu ilə işləyən sistemlərdə əsas dövrəyə paralel olaraq başqa bir model işə salınır və prosesin gedişində onlar müqayisə olunaraq əldə olunan fərq siqnal şəklində tənzimləyiciyə ötürülərək fərq minimallaşdırılır. Özüsazlanan sistemlər modelsiz işləyirlər. Bu halda prosesin gedişində giriş və çıxış siqnalları təyin edilir və tənzimləyicidən adaptasiya üçün istifadə olunur. İdarə olunan adaptasiya o zaman tətbiq olunur ki, idarə dövrəsinə təsir edən kənar amillərin və parametr dəyişmələrinin təsiri əvvəlcədən məlum olsun. Onda prosesin idarə olunması üçün tənzimləyicilər əvvəlcədən hazırlanmış proqram əsasında işləyirlər.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
  • Rafiq Əliyev. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 s.
  • Александров А. Г. Оптимальные и адаптивные системы. М.: Высшая школа, 1989. 263 с. ISBN 5-06-000037-0
  • Ефимов Д. В., Робастное и адаптивное управление нелинейными колебаниями. — СПб.: Наука, 2005. — 314с. ISBN 5-02-025093-7
  • Евланов Л. Г., Самонастраивающаяся система с поиском градиента методом вспомогательного оператора. Изв. АН СССР, ОТН, "Техническая кибернетика", 1963, № 1.
  • Тюкин И. Ю., Терехов В. А., Адаптация в нелинейных динамических системах, (Серия: Синергетика: от прошлого к будущему), Санкт-Петербург: ЛКИ, 2008. — 384 с. ISBN 978-5-382-00487-7
  • K. J. Astrom and B. Wittenmark, Adaptive Control, Addison-Wesley, 1989, 2d ed. 1994.
  • Юревич Е. И. Теория автоматического управления. — СПб.: БXB-Петербург, 2007. — 560с.
  • Масаев С.Н., Доррер М.Г. Оценка системы управления компанией на основе метода адаптационной корреляции к внешней среде. // Проблемы управления. № 3 за 2010 г. М.: ИПУ РАН, 2010 г. с. 45 – 50.