Norbert Viner (ing. Norbert Wiener; 26 noyabr 1894[2][3][…], Kolumbiya[d], Missuri, ABŞ[5] – 18 mart 1964[2][3][…], Stokholm) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır.
Norbert Viner | |
---|---|
ing. Norbert Wiener | |
Doğum tarixi | 26 noyabr 1894[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 1964[2][3][…] (69 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | riyaziyyat, Kibernetika, Tətbiqi riyaziyyat[1], ehtimal nəzəriyyəsi[1], fəlsəfə[1] |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi. o, Bertran Rassel, Qodfri Hardi, Edmund Landau, David Hilbert və başqa tanınmış riyaziyyatçılar ilə tanış idi.