Adi gәrmәşov

Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.

Lantana başınağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir. Meyvəsi-oval, yeməli olmayan çəyirdəkdir; yetişməzdən əvvəl parlaq qırmızıdır və yetişdikdə qaralır. Yay qələmlərinin 30%-ə qədəri kök atır.

Əlverişli şəraitdə 100 ilə qədər yaşayır. Qışadavamlılığı yüksəkdir. Torpağın nəmişliyinə çox tələbkardır. Kölgəyə, tüstüyə və qazadavamlılığı ortadadır. Günəş yanıqları ilə zədələnir. Torpağa tələbkar, kölgəyə, şaxtaya, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın yarımrütubətli Şəki-Zaqatala və Lənkəran-Astara bölgələrində mədəni şəraitdə becərilir. Böyük Qafqazda, Kiçik Qafqazda, Cənub bölgəsində, Naxçıvanda dağ meşələrində, əsasən kolluqlarda bitir.

Sentyabr-oktyabr aylarında yetişmiş yaşıl-sarı meyvələri bitkiyə dekorativlik verir. Şaquli yaşıllaşdırmanın bütün növləri üçün (çəpər, çardaq və s.) perspektivlidir. Bağ və parkların qrup və tək əkinlərində və canlı çəpərlər salınmasında istifadə edilir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 268.