Adi pişik ilanı

Adi pişik ilanı (lat. Telescopus fallax) — Suilanıkimilər fəsiləsinə aid növ.

Adi pişik ilanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Adi pişik ilanı
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar. İyun ayının sonu və iyulun əvvələrində 6–9 (10–13 х 27–35 mm) yumurta qoyurlar. Sentyabrda balalar yumurtadan çıxır.

Onlara Balkan yarımadası, Egey dəniziAralıq dənizi adalarında, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, İsrail, SuriyaDağıstan ərazilərində rast gəlinir.

  • Buchert, I. & Buchert, P/ 2011. Die Gaviola-Lagune. Elaphe 19 (1): 26–32

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]