Adi xanımotu

Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.

Adi xanımotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir. 5 yaşıl rəngli kasa yarpağına, 5 ləçək yarpağına, 5 erkəkciyə və bir üst yumurtalıqlı, iki yuvalı dişiçiyə malikdir. Silindrik zəngşəkilli çiçək tacı qonur-bənövşəyi rənglidir. Tacın əsasına doğru getdikcə rəngi solğunlaşır. Meyvəsi parlaq, bənövşəyi-qara rəngli, şirəli, iki yuvalı və çox toxumlu giləmeyvədir. Toxumları böyrəkşəkilli olub, qəhvəyi rənglidirlər. Bitki may-iyun aylarından başlayaraq payıza qədər çiçəkləyir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisi olub, çoxbaşlı və çoxsaylı iri qol-budaqlı kökü vardır. Gövdəsi yoğun və şirəli bir və ya bir neçə olub, hündürlüyü 1–2 m-ə bərabərdir. Onun kənarları sadə, yuxarı hissəsi budaqlanan, metal parıltılı tükcüklərlə, bəzən isə bənövşəyi çalarlarla örtülmüşdür. Yarpaqları iri, cüt-cüt, növbəli, ellipsvari, yumurtaşəkilli, bütövkənarlı, əsası daralmış və qısa saplaqlıdır. Çiçəkləri olduqca iri, tək və ya qoşa, oturaq, qısa parıltılı-tükcüklü ayaqcığı və tükcüklü yarpaqları vardır. Ləçəkləri 5-dişcikli, qonur-bənövşəyi rəngli və boruşəkillidir. Meyvələri ikiyuvalı, çoxsaylı, şirəli qara parlaq, gilənar böyüklükdə olmaqla, tünd-bənövşəyi şirəsi vardır. Meyvələrinin dadı şirin-turşməzə olub, bütün orqanları və meyvələri zəhərlidir. Qafqaz xanımotunun iri və böyük çiçəkləri, çılpaq gövdəsi və göyümtül rəngi vardır.

Rütublətli çürüntülü torpaqlarda, dağlıq ərazilərin enliyarpaqlı meşələrdə, kiçik yarğan, çay kənarlarında və meşələrin kəsilmiş yerlərindəyaşayır.

Yarpaqları bitki çiçək açan dövrdə toplanılır. Plantasyadan əl ilə bitkinin barvermə fazasında aşağı yarusdakı iri yarpaqları əgər hava imkan verərsə yarpaq və gövdələrini toplamaq lazımdır. Təkrar toplanılma 3-5 ildən sonra aparıla bilər. Gövdəsi kiçik kəsici alətlərlə kəsilir. Kiçik kökləri torpaqdan çıxarıldıqdan sonra onu silkələyərək torpağını tökməli, iri köklərini isə qurutduqdan sonra uzununa kəsmək lazımdır. Xammal 40-450С temperaturda dərhal qurudulmalıdır.

Xammalı B siyahısında saxlanılır. Yarpaqları hiqroskopik olduğundan quru yerdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir. Yarpaqları astma əleyhinə qarışığın tərkibinə daxildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Bütün orqanların tərkibində alkaloidlər (tropan sırası), hiosçiamin, rasemat, atropin tapılmışdır. Tərkibində az miqdarda skopolamin, atropin, apoatropin, belladon bəzən isə uçucu birləşmələr vardır. Köklərində rodobelin alkaloidi vardır. Köklərində alkoloidlərin miqdarı – 0,4 %, yarpaqlarda - 0,14-1,2%, gövdədə - 0,2-0,65%, çiçəklərdə - 0,24-0,6%, yetişmiş meyvələrində isə - 0,7%-dən ibarətdir. Bundan başqa xanımotunun yarpaqlarında kumarin qlükozidi olan metileskulin, yarpaq və köklərində kumarin skopoletin olur. Qafqaz xanımotunun yarpaqlarında da çoxlu alkaloidlər (0,7-1%) vardır. Yarpaqlarında steroidlər, fenol və onun törəmələri, flavonoidlər, kverçetin, kempferol, oksikumarin və alifatik spirtlər olur.

Spazmalotik, M-xolinoblakatr dərmandır. Qurudulmuş mədəni çoxillik ot bitkisi olan adi xanımotu və Qafqaz  xanımotunun yarpaq və otları, keyfiyyətli xammal və dərman bitkisidir. Farmakoloji effekti, tərkibindəki hiosçiamin (atropin) və skopolaminin olması ilə müəyyən edilir. Mərkəzi və periferik sinir sisteminə təsir edir. Atropin daxili orqanların və mərkəzi sinir sisteminin M-xolinoreseptorlarını blokada edir. Xanımotu və atropin mərkəzi sinir sistemini oyadır, iş qabiliyyətini, əqli və fiziki qabiliyyəti gücləndirir. Ürəyin azan sinirinə təsir edərək, ürəkdöyünmə yaradır. Tənəffüsü stimullaşdırır, bronxları genişləndirir, vəzilərin sekresiyasını azaldır.

Xammalla işləyən zaman ehtiyatlı olmaq lazımdır (zəhərdir(!). Yarpaqlarından ekstrak, dəmləmə hazırlanır ki, bu da spazmolotik və ağrıkəsici təsir edir. Otundan ekstrakt, köklərindən atropin-sulfat hazırlanır. Köklərindən həb kimi “korbella”, “belloid”, draje kimi “bellaspon” hazırlanır ki, titrəyən iflic xəstəliyinin (Parkinson xəstəliyi) müalicəsində istifadə edilir. Mədə və onikibarmaq bağırsaq xorasında, pilorospazm, xroniki hiperasid qastrit, ağrı sindromu ilə müşayət edilən xroniki kolit, spastik qəbizlik, xolesistit, xolangit, öd yollarının diskenziyası, öddaşı xəstəliyi, spazm ilə müşayət edilən böyrək sancılarında istifadə edilir. M-xolinoblokatr kimi, psixatriyada, orqanizmin rezistentliyini saxlamaq üçün şizofreniyada, manikal-depressiv psixozlarda istifadə edilir. Göz praktikasında müalicəvi və diaqnostik məqsədlərdə istifadə edilir.

Yarpaq. Titrimetrik metodla alkaloidlər (qiosçiamin) 0,3%, nəmliyi 13%, 10% xlorid turşusunds həll olunmayan kül 3%, yalnız saplaqlar, oduncaqlar, qaralmış hissəciklər 4%, diametri 3 mm olan müxtəlif hissəcikləri 4%,  üzvi və mineral maddələri isə 0,5%-dir.

Ot. Alkaloidlər (qiosçiamin) 0,35%, nəmliyi 13%, yarpaqları 45%, 10% xlorid turşusunda həll olunmayan kül 4%, diametri 3 mm olan müxtəlif hissəciklər 4%,  üzvi maddələr 1%, mineral maddələri isə 1%-dən çox deyildir.

Kök. Alkaloidlər (qiosçiamin) 0,5%, nəmliyi 13%, kül 6%, 1 sm diametrində sınmış köklər 3%,  üzvi maddələr 0,5%, mineral maddələri isə 1%-dən çox olmur.

Xanımotu meşələrdə, ağac kötükləri çox olan yerlərdə bitir. Krım, Qafqaz və MDB-nin Cənubi Avropa bölgələrində geniş yayılmışdır.

Xanımotu bitkisinin bütün hissələrində alkaloidlər (atropin, hiossiamin, skopolamin, apoatropin, belladonnin, uçucu xassəli əsaslar—N-metilpirrolin, N-metilpirrolidin, piridin və tetrametildiaminobutan) və kumarinlər—metileskuletin, skopoletin, umbelliferon aşkar edilmişdir. ATU-da aparılan tədqiqatlar göstərmişdir ki, Azərbaycan florasında olan Qafqaz xanımotu növünün yarpaqlarında alkaloidlərin ümumi miqdarı 0,5%-ə, köklərində isə 0,55% -ə çatır.

Bu bitki çiçəkləyən dövrdə, iyun-iyul aylarında daha zəhərli olur. Qaramal, atlar bu bitkiyə çox həssasdır. Davarlar isə bitkinin təsirinə nisbətən davamlıdır. Heyvanların xanımotundan zəhərlənməsinə az təsadüf olunur.

A.D.Turova (1987) xanımotu preparatlarının farmakoloji effektinin, əsasən atropin və skopolaminlə bağlı olduğunu göstərir. Xanımotu alkaloidləri, eləcə də, xalis atropun kiçik dozada mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, tənəffüs mərkəzində oyancıqlığı yüksəldir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır. Həzm traktının peristaltikasını və həzm vəzilərinin sekresiyasını zəiflədir. Dəridə, xüsusən də üz və boyun nahiyyəsində qan damarlarını genişləndirir, lakin bununla yanaşı, tər ifrazının azalmasına səbəb olur, çünki tər vəzilərinin funksiyasına tormozlayıçı təsir köstərir. Bəbəyi kenişləndirir—midriaz yaradır, gözün akkomodasiya qabiliyyətinin azalmasına, yaxud itməsinə səbəb olur. Onların ürəyə də təsiri xarakterikdir — belə ki, azan sinirin oyanmaları nəql etməsini zəiflətmək və ya tormozlamaqla ürək döyünmələrinin sürətlənməsinə səbəb olurlar.

Xanımotu preparatları mədə və oniki barmaq bağırsaq yaralarında, pilorospazmda, xroniki hiperasid qastritlərdə, xroniki kolitlərdə, spastik qəbizlikdə, xolesistit, xolankit və öd daşları ilə bağlı olan öd yollarının diskineziyasında, böyrək ağrılarında, bradikardiyada, ürək qlikozidlərinin qəbulu ilə əlaqədar yaranan intoksikasiyalarda, ruhi xəstəliklərdə, anesteziolokiyada, oftalmolokiyada və s. istifadə edilir. Xanımotunun alkaloidləri böyrəklər vasitəsilə orqanizmdən kənar olunur.

Bütün bunlara baxmayaraq, Bolqar ara həkimi İvan Rayevin parkinsonizm xəstəliyinin müalicəsində xanımotu köklərindən istifadə etməsini nəzərə almasaq, xanımotu bitkisindən (çox zəhərli olduğu üçün) xalq təbabətində istifadə edilmir.

İstifadə qaydası

[redaktə | mənbəni redaktə et]

Xanımotunun istifadəyə yararlı hissələri yarpaqları (Folium Belladonnae) və kökləridir (Radix Belladonnae). Xanımotunun yarpaqları iyun-iyul aylarında, kökləri isə payızda, yaxud erkən yazda toplanaraq, havası yaxşı dəyişilən kölgə yerdə, yaxud quruducularda 40-45° S-də qurudulur. Quru xammal zəif, xarakterik iyə malikdir. Saxlanma müddəti 2 ildir.

Xanımotu bitkisindən atropin sulfat (Atropini sulfas), quru ekstrakt (Extractum Belladonnae siccum), qatı ekstrakt (Extractum Belladonnae spissum) və çövhər (Tinctura Belladonnae) alınır. Xanımotu çıxarış-ları bir çox dərman preparatlarının: "Bekarbon", "Besa-lol", "Bepasol", "Belloid", "Bellataminal" və s. tərkibi-nə daxildir. Xanımotunun qurudulmuş yarpaqlarından astma əleyhinə siqaretin hazırlanmasında da istifadə olunur.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 181.