Adi yasəmən (lat. Syringa vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.
Adi yasəmən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Növ: Adi yasəmən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Balkan yarımadasında, Sankt-Peterburqdan Yekaterinburq bölgəsinədək, Qərbi Sibirdə Tayqanın cənub zonasında, meşə-çöl və çöl zonalarında, Orta Asiyada, Şərqi Sibirin cənubunda, Uzaq Şərqin orta və cənub hissəsində becərilir. Karpatda təbii relikt arealı vardır.
Hündürlüyü 2-8 m olan, çoxgövdəli, yarpağı tökülən koldur. Qabığı boz və ya boz-qonur, cavan bitkilərin qabığı hamardır. Zoğları iki, bəzən bir tumurcuqla qurtarır. Tumurcuqlarda pulcuqları xaçvari yerləşir. Yarpaqları üzbəüz, sadə, uzunluğu 4-12 sm və eni 3-8 sm, bünövrəsi ürəkvari və ya düz kəsikli, ucu biz, yaşıl, çılpaq, möhkəm, kənarları bütöv, saplaqların uzunluğu 3 sm-dir. Çiçəkləri bənövşəyidən ağ rəngədək olmaqla, ətirli, 6-10 x 5-8 mm, uzun müddət tökülməyən, piramidal, cüt, düz dayanan və ya sallaq, uzunluğu 10-20 sm olan süpürgələrə yığılmışdır. Hər il mayın axırlarında - iyunun əvvəllərində çıçəkləyir. Meyvəsi payızda yetişir, ikiyuvalı qutucuq olmaqla uzunluğu 1,5 sm, quru, bir neçə uzunsov və dərili-qanadlı, yuvalarla açılan toxumları vardır.
Dağ meşələrində, boş yamaclarda bitir. Şaxtaya davamlıdır. Rütubətli, gilli torpaqlarda normal böyüyüb inkişaf edir.
Azərbaycanın müxtəlif bölgələrində yaşıllıqlarda yayılmışdır.
Yuyulmaya məruz qalan yamaclarda dekorativ, torpaqqoruyucu bitki kimi istifadə edilir. Bitki zəhərlidir. Çiçəklərində efir yağı və sirinqin qlükozidi vardır. Çiçəklərindən hazırlanan məlhəmdən tər, malyariya, böyrək xəstəlikləri və vərəmin müalicəsində istifadə edilir. Dekorativ bağçılıqda geniş istifadə edilə bilər.