Adi yergilası

Adi yergilası (lat. Physalis alkekengi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin yergilası cinsinə aid bitki növü.

Adi yergilası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Uzun, sürünən, budaqlı, odunlaşmış, yeraltı zoğları olan çoxillik ot bitkisidir. Gövdəsi 25–60 (80) sm düz, budaqlı, bəzən sadədir; aşağı hissəsi çılpaq, orta hissəsi az, təpəsi isə sıx tüklənmişdir. Yarpaqları saplaqlı, uzunluğu 4–12 sm, eni 2.5–6.5 sm yumurtavari, enli yumurtavaridir; qıraqları bəzən azacıq diş-dişli, hər iki tərəfdən çox seyrək tüklüdür. Çiçəkləri tək-tək, qoltuqdadırlar. Çiçəkyanı kasacıqları 4–7 mm uzunluqda üçdilimlidir, sıx tüklənmişdir. Tacı 20 mm, ağımtıl, sıx tükləşmişdir. Giləmeyvəsi 1.2–1.5 sm uzunluqda, narıncı, toxumları 2.5 mm qədər, tumurcuqvari, sarı və ya ağımtıl rəngdədir. May-avqust aylarında çiçəkləyir, iyun-sentyabrda meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adi yergiləsi boreal coğrafi tipinin avropa sinfinə aiddir. Skandinaviya, Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya, Şimali Amerika, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Kür-Araz ovalığı və Abşerondan başqa Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, meşə-kol və alaq bitkilik tiplərində rast gəlir. Meşələrdə, kolluqlarda, alaq kimi bostanlarda, bağlarda, üzümlüklərdə və boş sahələrdə tək-tək bitir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Alkaloid, flavonoid, piyli yağlar, C vitamini, steroid, fenolkarbon və üzvü turşular, habelə karotinoidlərlə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Müxtəlif ölkələrin farmakopeyasına daxil olan ofisinal dərman bitkisidir. Eksperimental, Koreya və xalq təbabətində geniş tətbiq edilir. Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Əsasən mədə-bağırsaq, dəri, böyrək, sidik kisəsi, qaraciyər, sarılıq, nəfəs yolları, revmatizm, malyariya, anqina, qadın xəstəlikləri, irinli yara və xoralar, eləcə də kəskin respirator infeksiyalar zamanı istifadə olunur. Antiseptik, kardiotonik, diuretik, ödqovucu, qansaxlayıcı, bəlğəmqətirici, ağrıkəsici, yarasağaldıcı, qusdurucu və iltihab proseslərinə qarşı təsirə malikdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədilə bitkinin çiçəkləri, yarpaqları, budaqları, meyvələri və toxumları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər və dəmləmə.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Meyvələrindən şorabalar, mürəbbələr və şəkərlənmiş meyvələr hazırlanır. Dekorativ və boyaq bitkisir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 183.
  2. Australian Plant Name Index (ing.).