Adilə Sultan türbəsi — İstanbulun Əyyubsultan ilçəsində yerləşən XIX əsrə aid türbə.
Adilə Sultan türbəsi | |
---|---|
Ölkə |
1849-cu ildə inşa edilmiş, II Mahmudun qızlarından Adilə Sultanın kaptan-ı dərya Mehmed Əli Paşadan doğulan və uşaq yaşlarında vəfat edən övladları üçün nəzərdə tutulmuşdur. Türbənin şəbəkəli dəmir qapısının hər iki yanında bir türbə hücrəsi var. Bunlardan sağdakı hücrədə 6, soldakı hücrədə isə 3 məzar yeri vardır. Türbə qapısı üzərində Sultan Əbdülməcidin 1849 tarixli bir tuğrası yerləşdirilib. Sarı mərmərdən inşa olunan türbədə ümumilikdə 9 məzar yeri olsa da, bunlardan biri boşdur: