Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı.
Rəzan Qadınəfəndi | |
---|---|
سيده ريسان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Artvin, Osmanlı imperiyası |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | Adilə Sultan türbəsi |
Fəaliyyəti | əsilzadə |
Atası | Ömər bəy |
Anası | Fatma xanım |
Həyat yoldaşı | V Murad |
Uşaqları |
Fatma Sultan Aliyə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877). Evləndikdən sonra bacısı Rəbiyəni özünə nədimə seçdi. Nikahdan 2 il sonra qızı Fatma Sultanı, ertəsi il isə Aliyə Sultanı dünyaya gətirdi.
Çırağan sarayındakı həbs həyatı olduqca ağır idi. Belə ki, Rəzan xanım əvvəlcə 1903-cü ildə kiçik qızı Aliyə Sultanı soyuq dəymədən itirdi. Bir il sonra isə əri Sultan Murad vəfat etdi. Ağır böhrana düşən Rəzan xanım və qızı Fatma Sultanın Çırağan sarayında qalmalarına icazə verildi. 1907-ci ildə evləndirdiyi qızı ilə birlikdə Bursaya getsə də, iki il sonra böyük ehtimalla, vərəm xəstəliyinə tutulmuş vəziyyətdə İstanbula qayıtdı. Uzun çəkən xəstəliyin ardından 31 mart 1910-cu ildə İstanbulda vəfat etdi və Əyyubsultandakı Adilə Sultan türbəsində qızının yanına dəfn olundu.