Adil Kərim oğlu Qulamov (21 may 1962, Bakı) — Azərbaycan kinoprodüseri, film direktoru, icraçı prodüser, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005).
Adil Qulamov | |
---|---|
Doğum tarixi | 21 may 1962 (62 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | film prodüseri |
Təhsili |
Adil Qulamov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir.
1979-cu ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Müxtəlif illərdə kinostudiyada kinomexanik, səs texniki, filmlərin realizə şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, "Azərkinovideo" İstehsalat Birliyində kino istehsalı üzrə baş mütəxəssis vəzifələrində işləyib. 1990-cı ildən film direktorudur. "Kənar adamlar" (1992), "Səs" (1993), "Simenslər Azərbacanda" (1993), "Yük" (1995), "Azərbaycan — Odlar yurdu" (1997), "Ovsunçu" (2002), "Arxada qalmış gələcək" (2004), "Əlvida, cənub şəhəri" (2006), "Niyyət" (2010), "Tərsinə çevrilən dünya" (2011), "Sübhün səfiri" (2012) və s. bədii və sənədli filmlərin direktoru və icraçı prodüseri olmuşdur.
2005-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.[1]
2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.[2][3]