Arxada qalmış gələcək tammetrajlı bədii filmi rejissor Rüfət Əsədov[1] tərəfindən 2004-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Filmdə əsas rolları Fuad Poladov, Ağamehdi Abidov, Azərin,Ömür Nağıyev, Abbas Qəhrəmanov, Pərviz Məmmədrzayev, Mikayıl Mikayılov və Leyla Şahvəliyeva ifa edirlər.
Arxada qalmış gələcək | |
---|---|
Fayl:Arxada qalmış gələcək (film, 2004).jpg | |
Janr |
dram macəra fantastika müharibə uşaq |
Rejissor | Rüfət Əsədov |
Əsərin müəllifi | Sergey Abramov |
Ssenari müəllifi | Yusif Şeyxov |
Baş rollarda |
Fuad Poladov Ağamehdi Abidov Azərin Ömür Nağıyev Abbas Qəhrəmanov Pərviz Məmmədrzayev Mikayıl Mikayılov Leyla Şahvəliyeva |
Operator | Amin Novruzov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssamlar |
Adil Azay Əziz Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 2005 |
Filmin digər adı | Uçuş xətti (çəkiliş adı) |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 71 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca (rusca dialoqlarla) |
İl | 2004 |
Texniki məlumatlar |
8 hissə 2108 metr "Fuji" kinolenti |
Rəng | rəngli |
IMDb | ID6253322 |
2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir.[2]
Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır. Rejissor bu yerdə əl-ələ verib nəhayət ki, bu problemi həll etməyin vacib olduğunu göstərməyə çalışmışdır. Eynən bir-birinə calanan və hərəkətə gələn vaqonlar kimi...
2006-cı ildə Aktauda (Qazaxıstan) "Xəzər – Dostluq Dənizi" festivalında film 2-ci Mükafat almışdır.
Əsərin müəllifi: Sergey Abramov
Ssenari müəllifi: Yusif Şeyxov
Rejissor: Rüfət Əsədov
Operator: Amin Novruzov
Rəssam: Adil Azay, Əziz Məmmədov
Bəstəkar: Xəyyam Mirzəzadə
Fuad Poladov — Malik
Ağamehdi Abidov — Səməd
Azərin — Səmədin anası
Ömür Nağıyev — Amin
Abbas Qəhrəmanov — Ağaəli
Pərviz Məmmədrzayev — Albert
Mikayıl Mikayılov — Rəşid
Leyla Şahvəliyeva — Mariya
Yuri Baliyev — Şmarov
Aydın Əliyev — Qurgen
Azərbaycan filmlərinin siyahısı
2004-cü ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı