Adil Seyidzadə

Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü.

Adil Mirseyid
Adil Mirseyid
Doğum tarixi
Doğum yeri Ağdaş, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti rəssam

Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur.

Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

XX əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan""Ulduz" və s. jurnallarında silsilə şeirləri dərc olunmuşdur.

"Güzgüdəki adam", "Bulud adam", "Nəğmə adam", "Vernisaj şeirlər", "Ay suvarisi", "Amor fati" (şeirlər), "Hardan baxsan görünən adam" (monoqrafiya), "Ruhlarla insanlar arasında" (esselər) kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Skandinaviya Ölkələri ilə Dostluq Cəmiyyətinin mədəni əlaqələr üzrə Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə və s layiq görülüb.

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 400-dən artıq esse, tərcümə və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, TürkiyədəAzərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

"Min beş yüz ilin oğuz şeiri" antalogiyasında (2000), "Avrasiya Şairləri" Antalojisində (2015), "Ağdaş tarixin yaddaşında" kitablarında şeirləri və yaradıcılığı dərs olunub.

Həyat və yaradısılığı haqqında İnternews-in sifarişi ilə rejissor Rövşən İsgəndərovun "Sözlərdən toxunmuş ömür" (2002) adlı sənədli film çəkilib.

İki fərdi sərgisi Azərbaycan Rəssamlar Birliyinin və Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB birgə təşkil etmişdir (2011–20014).

Ömrün son gününə qədər yaradıcılıqla məşğul olmuş, "Ekspress" qəzetində hər həftə şənbə günləri "Art Ekspress" səhifəsində esseləri yayımlanmışdır (2009–2014).

  1. "Adil Mirseyid vəfat etdi". 2014-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.