Adnan Hacızadə

Adnan Hacızadə və ya tam adı ilə Adnan Hikmət oğlu Hacızadə (13 iyul 1983, Bakı) — azərbaycanlı blogger. 2009-cu ilin iyulunda o dönəmdə YouTubedə populyar olan, daha çox "Azərbaycan iqtidarı $41,000 dəyərində uzunqulaqları məhz Almaniyadan almışdır." adı ilə tanınan yumor videosuna görə Emin Milli ilə birgə həbs edilmişdir, nüfuzlu beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi məhbus elan edilmişdir. 1 il 4 ay həbsdə qaldıqdan sonra 2010-cu ilin noyabrında şərti azadlığa buraxılmışdır.

Adnan Hacızadə
Doğum tarixi (41 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Atası Hikmət Hacızadə
Anası Bahar Hacızadə
Təhsili Riçmond Universiteti (B)
Xəzər Universiteti (B)
Fəaliyyəti blogger, siyasətçi, hüquqşünas

Adnan Hikmət oğlu Hacızadə 13 iyul 1983-cü ildə Bakı şəhərində doğulub. 2000-ci ildə Bakı Avropa Liseyindən məzun olub. 2000-ci ildə Qafqaz Universitetinə daxil olub, bir il sonra Birləşmiş Ştatların Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə təhsil alıb. 2005-ci ildə Azərbaycana qayıdıb və Xəzər Universitetində hüquqşünaslıq üzrə təhsil alıb.

Adnan Hacızadənin Amerikadan qayıdışı Azərbaycanda Parlament seçkiləri ilə eyni dövrə düşür. Adnan müxalifətin mitinqlərində yenə də sıravi kimi iştirak edir.

Həmin dövrdə "Ol!" Gənclər Hərəkatını yaratmaq ideyası müzakirə olunur. 2006-cı ildə "Ol!" yaranır.

2007-ci ldə hərbi xidmətdə olmuşdur. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra "BP" ictimaiyyətlə əlaqələr şöbəsində öz işini davam etdirir.

2009-cu ilin mayın 28-də "ADR bizi birləşdirir!" aksiyasının müəllifi də Adnan Hacızadə idi. Həmin gün 16 nəfər gənci bir neçə saatlığa həbs elədilər.

İctimai fəaliyyətə 2003-cü ilin prezident seçkiləri vaxtı başlayıb. Bu dövr ərzində, heç bir siyasi partiyanın üzvü olmamış və heç vaxt siyasi iddia irəli sürməmişdir. Fəaliyyəti dövründə insanları tolerantlığa, qeyri-zorakılığa, maariflənmə və təhsilə səsləyərək ölkənin demokratik inkişafı üçün şəbəkələşmə kimi ən sivil metotlardan istifadə etmişdir.

2009-cu ilin iyulun 8-də Adnan Hacızadə özündən başqa altı dostu ilə bir yerdə "Livan" restoranının barında baş vermiş olaya görə 2 ay həbs olunmuşdur.

11 noyabr 2009-cu ildə məhkəmənin qərarı ilə Adnan Hacızadə 2 il müddətinə azadlıqdan məhrum edildi.

2010-cu il noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə həbsdə edilmiş blogger Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin çıxardığı 26 iyul tarixli qərardan verdiyi apelyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib. Adnan Hacızadənin şikayəti təmin edilib və onun bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və məhkəmə zalından azadlığa buraxılması barədə qərarını elan edib[1].

  1. "ADNAN HACIZADƏ MƏHKƏMƏ ZALINDAN AZADLIĞA BURAXILDI". 2011-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]