Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau (alm. Adolf Wilhelm August Karl Friedrich von Nassau; 24 iyul 1817[1], Bibrix sarayı[d] – 17 noyabr 1905[1][2], Lenqris[d], Bavariya Krallığı) — 1839-cu ildən Nassau hersoqu, 1890-cı ildən Lüksemburq böyük hersoqu.
Adolf | |
---|---|
lüksemb. Adolphe vu Lëtzebuerg | |
23 noyabr 1890 – 17 noyabr 1905 | |
Əvvəlki | III Villem |
Sonrakı | IV Vilhelm |
16 avqust 963 – 11 dekabr 969 | |
Əvvəlki | I Vilhelm |
Sonrakı | Nassau Prussiya krallığı tərəfindən ilhaq edilmişdir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyul 1817[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 noyabr 1905[1][2] (88 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | suveren[d] |
Dini | Kalvinizm |
Rütbəsi | general-polkovnik |
Vikianbarda əlaqəli mediafayllar |
Adolf Vilhelm Avqust Karl Fridrix fon Nassau 24 iyul 1817-ci ildə anadan olmuşdur. 1866-cı il Avstriya–Prussiya müharibəsində o, Avstriyanı dəstəkləmişdir. Bu səbəbdən onun məğlubiyyətindən sonra Nassau hersoqluğu Prussiyaya ilhaq edilmişdir. Buna baxmayaraq, hersoq qalalarını saxlamış və əhəmiyyətli pul təzminatı almışdır. 1890-cı ildə Niderland kralı və Lüksemburq böyük hersoqu III Villemin ölümündən sonra Lüksemburq və Niderland arasındakı şəxsi birliyi dağılmışdır. Salik qanununa görə, III Villemin qızı Vilhelmina Lüksemburq taxtına iddia edə bilməzdi. Nassau xanədanının 1783-cü ildə bağlanmış müqaviləsinə əsasən, kişi varisləri olmadığı halda, böyük hersoqun tacı Oranj qolundan Veylburq qoluna keçmişdir. Beləliklə, Adolf Lüksemburqun dördüncü böyük hersoqu olmuşdur. Mühafizəkar və mürtəce reputasiyasına baxmayaraq, xalq arasında çox məşhur olmmuşdur. 1902-ci ildə o, hökumət başçısı funksiyalarını özündə saxlayaraq oğlu Vilhelm Lüksemburqun ştadtholderi etmişdir.[3]
1844-cü ildə o, böyük knyaz Mixail Pavloviçin qızı böyük knyaz Yelizaveta Mixaylovna ilə evlənmişdir, lakin Mixaylovna çox keçmədən doğuş zamanı vəfat etmişdir. O, 1851-ci ildə Anhalt-Dessau-Köten şahzadəsi Adelaide Mariya ilə evlənmişdir.