Bavariya krallığı

Bavariya Krallığı (alm. Königreich Bayern‎, bav. Kinereich Bayern) — Almaniyanın cənub-şərqində 1806-1918-ci illərdə mövcud olan dövlət.

Electorate of the Holy Roman Empire
(1805–1806)
State of the Confederation of the Rhine
(1806–13)
State of the German Confederation
(1815–66)
Federal State of the German Empire
(1871–1918)
Bavariya krallığı
alm. Königreich Bayern
Bayraq Gerb
Bayraq Gerb
«Gerecht und Beharrlich, Just and persistent»
Himn: Bayerische Königshymne
Alman Konfederasiyası (tünd boz) və Avropa daxilində Bavariya Krallığının yerləşməsi (yaşıl), 1815-ci il
Alman Konfederasiyası (tünd boz) və Avropa daxilində Bavariya Krallığının yerləşməsi (yaşıl), 1815-ci il
 
 
 
 
1806 — 1918

Paytaxt Münhen
Dilləri Bavariyayuxarı alman dialektləri
Rəsmi dilləri
Dövlət dini
Əksəriyyət:
Roma-Katolik
Ərazisi
  • 75.865 km² (1910)
Əhalisi
  • 3.231.570 nəf. (1808)[1]
İdarəetmə forması Konstitusiyalı monarxiya
Kral
 • 1805–1825 I Maksimilian
 • 1825–1848 I Lüdviq
 • 1848–1864 II Maksimilian
 • 1864–1886 II Lüdviq
 • 1886–1913 I Otto
 • 1913–1918 III Lüdviq
Tarixi
 • 8 oktyabr 1813 Riyd sülh müqaviləsi
 • 30 may 1814 Paris müqaviləsi
 • 18 yanvar 1871 Almaniyanın birləşdirilməsi
 • 9 noyabr 1918 Noyabr inqilabı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vittelsbax sülaləsindən olan I Maksimilian 1806-cı ildə Bavariyanın ilk kralı oldu. Monarxiya, 1918-ci ildə krallıq dağılana qədər, Vittelsbax sülaləsi tərəfindən idarə edildi. Müasir Bavariyanın sərhədlərinin çoxu 1814-cü il Paris müqaviləsindən sonra qurulmuşdur. Buna əsasən, Bavariya Avstriya Tirol və Vorarlbergdən imtina etdi, lakin Aşaffenburq və Hessen-Darmştadt ərazisinin bir hissəsini aldı. 1871-ci ildə Bavariya Krallığı Prussiyadan sonra ikinci ən böyük muxtar dövlət qurumu olaraq vahid Alman İmperiyasının bir hissəsi oldu. Bavariya krallığının müasir varisi Almaniyada eyni adlı federal torpaqdır.

1 yanvar 1806 cı ildə IV Maks Yozef I Maks kimi taxta çıxaraq Reyn ittifaqına daxil olur. Onun naziri Montgels sərt dövlət sistemini qurur. 1808-ci ildə konstitusiya ilk dəfə olaraq hamının qanun qarşısında eyni olduğunu, mülkiyyətin və şəxsiyyətin qorunması, vicdan azadlığı və məhkəmələrin sərbəstliyini təmin etmiş olur. Bu konstitusiya 1818 ci ildə Bavariyanın demokratik parlament idarəçiliyinin əsasını qoymuş olur. Bu dövrdən Bavariya parlamenti iki palatadan: deputatlar və dövlət şurası üzvləri palatasından ibarətdir.

II Lüdviqin zamanında (1864 - 1886) Bavariya Prussiya və Fransaya qarşı müharibələrdə iştirak etmişdir. 1866-cı ildə Avstriya-Prussiya müharibəsində Avsriya tərəfindən, 1870-1871 ci illərdə isə Fransa–Prussiya müharibəsi zamanı Fransaya qarşı Prussiya tərəfindən çıxış etmişdir. Fransa- almaniya müharibəsindən sonra bavariya yenidən Almaniya imperiyasına qatılmışdır. II Lüdviq "Nağıl kralı" kimi tanınan, siyasətdən uzaqlaşaraq öz malikanəsinin tikintisilə məşğul olur. Beləliklə dayısı şahzadə regent Luitpold öz oğlu III Lüdviq ilə Bavariyanı 738 il idarə etmiş Vittelsbaxların sonuncu nümayəndələri olurlar.