Venustiano Karransa

Venustiano Karransa de la Qarsa (isp. Venustiano Carranza de la Garza; 29 dekabr 1859, Kuatro-Syeneqas-de-Karransa[d], Koauila[d]21 may 1920[1][2][…], Tlaskalantonqo[d]) — Meksika dövlət və siyasət xadimi, Meksika inqilabının iştirakçısı, 1914–1917-ci illərdə konstitusional hökumətin başçısı,[3] 11 mart 1917-ci ildən 21 may 1920-ci ilə qədər Meksika Prezidenti.[4]

Venustiano Karransa
isp. Venustiano Carranza
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 1859(1859-12-29)
Doğum yeri
Vəfat tarixi 21 may 1920(1920-05-21)[1][2][…] (60 yaşında)
Vəfat yeri
  • Tlaskalantonqo[d]
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Venustiano Karransa de la Qarsa 29 dekabr 1859-cu ildə Kuatro-Syeneqas-de-Karransada anadan olmuşdur. Ştat hökumətində müxtəlif vəzifələrdə çalışmışdır. 1901-ci ildə senata seçilmişdir. 1910-cu ildə Porfirio Diasa qarşı üsyan edən Fransisko Maderonu dəstəkləmişdir. 1913-cü ildə Viktoriano Uerta ilə müharibəyə rəhbərlik etmişdir. 1914-cü ildə Uertanın devrilməsindən sonra Karransa müvəqqəti prezident olmuş və 1917-ci ildə yeni konstitusiyaya uyğun olaraq prezidentliyə seçilmişdir.[5]

Karransa Birinci Dünya müharibəsi zamanı Meksikanı neytral ölkə kimi saxlaya bilmişdir. Yeni konstitusiyaya əsasən, torpağın alt qatı milli sərvət elan edilmiş, xarici neft şirkətlərinin fəaliyyəti dövlət nəzarətinə verilmişdir. Bu tədbirlər, eləcə də vergi və rüsumların artırılması BritaniyaŞimali Amerika sahibkarlarının narazılığına səbəb olmuşdur. Bununla belə, Karransa heç vaxt vəd edilmiş aqrar islahatlar proqramını yerinə yetirə bilməmiş və bu, onun hakimiyyətinin süqutuna səbəb olmuşdur. 1920-ci ildə Alvaro Obreqon dövlət çevrilişi etmişdir. Karransa paytaxtdan Verakrusa qaçmış, lakin yolda 21 may 1920-ci ildə Tlaskalantonqo şəhərində tutulmuş və güllələnmişdir.[5]

  1. 1 2 Карранса Венустиано // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Venustiano Carranza // Brockhauz Ensiklopediyası (alm.).
  3. Платошкин Н. Н. История Мексиканской революции. Истоки и победа 1810—1917 гг. 1. М.: Университет Дмитрия Пожарского : Русский Фонд содействия образованию и науке. 2011. səh. 274. ISBN 978-5-91244-034-2.
  4. Платошкин Н. Н. История Мексиканской революции. Истоки и победа 1810—1917 гг. 1. М.: Университет Дмитрия Пожарского : Русский Фонд содействия образованию и науке. 2011. səh. 422. ISBN 978-5-91244-034-2.
  5. 1 2 "КАРРАНСА, ВЕНУСТИАНО | Энциклопедия Кругосвет". www.krugosvet.ru. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]