Aerobatika və ya hava aerobatikası, bir təyyarəni qeyri-adi vəziyyətlərdə qoymaqla; Loop, rulon, viril kimi normal uçuşda istifadə edilməyən manevrlərlə həyata keçirilən həssas və dəqiq uçuş.[1][2] Aerobatik manevrlər; şou, döyüş, idman və ya təlim məqsədilə keçirilir. Aerobatika, əsasən təyyarə və ya playner kimi sabit qanadlı təyyarələr tərəfindən yerinə yetirilir, lakin bəzi helikopter modellərində də məhdud aerobatika hərəkətləri etmək mümkündür.[3]
Aerobatika termini ilk dəfə 1914-cü ildə ingilis aviasiya jurnalı The Airplane tərəfindən irəli sürülmüşdür. Yunan dilində "havaya aid" mənasını verən aero-prefiksi ilə "ayaq ucunda gəzmək" mənasını verən akrobatika sözlərinin birləşməsindən əmələ gəlmişdir.