Aerovağzal

Hitrou Beynəlxalq Hava Limanının beşinci aerovağzalı.

Aerovağzal və ya aeroport terminalı[1] (q.yun. ἀέριος – "hava" + ing. vauxhall – "vağzal") — hava limanında sərnişinlərə xidmət göstərmək üçün bina.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Sərnişin kompleksinin hava limanı zonası mərkəzində yerləşən əsas tikilisidir. Kompleksə, əsasən, bunlar daxil olur: şəhər nəqliyyatı üçün dayanacağı olan vağzalyanı meydança, təyyarə dayanacağı olan perron, perronun texniki xidmət binası, təyyarədəki sərnişinlər üçün yemək hazırlayan sex, mehmanxana, komanda-dispetçer məntəqəsi və s. Aerovağzal daxili və beynəlxalq xətlərə xidmət edə bilər. Aerovağzalda sərnişinlərə göstərilən xidmətlərə bilet satışı və qeydiyyatı, baqaj qəbulu, komplektləşdirilməsi və təhvili, təyyarələrin hərəkəti haqqında məlumat verilməsi, poçt xidməti, məişət xidməti, tibb xidməti və s. daxildir. Beynəlxalq hava xətlərinin aeroportlarında bu proseslərə sərhəd pasport nəzarəti və baqajların gömrük qaydaları ilə yoxlanması da daxildir. Böyük şəhərlərdə əhaliyə xidməti yaxşılaşdırmaq və aeroportların işini yüngülləşdirmək məqsədi ilə şəhər aerovağzalları tikilir. Aerovağzaın memarlıq cəhətdən müasir tələblər səviyyəsində olması üçün onun tikilişində böyükaşırımlı dəmir-beton və metal konstruksiyalardan, müasir divar materillarından, vitraj və s.-dən istifadə edilir. İri aeroportlarda bir neçə aerovağzal olur.[2]

  1. "Korean Air şirkətində "ləbləbi" qalmaqalı". Report İnformasiya Agentliyi (az.). 13 dekabr 2014. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2021.
  2. Аеровағзал // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 125.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]