Afrikaansca Vikipediya

Afrikaansca Vikipediya (afrik. Afrikaanse Wikipedia) — Vikipediyanın Afrikaans dilindəki versiyası. Layihəyə 16 noyabr 2001 tarixində başlanıldı və beləliklə yaradılan 11-ci Vikipediya oldu.[1] 2016-cı ilin dekabrında məqalələrin sayına görə 84-cü ən böyük Vikipediya idi. Cənubi AfrikaNamibiyadan başqa, afrikaansca Vikipediya Avropa, Şimali AmerikaOkeaniyadakı istifadəçilər tərəfindən istifadə edilir.

Afrikaansca Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL af.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil Afrikaans
Sahibi Vikimedia Fondu
Yaradılma tarixi 16 noyabr 2001
Məqalələrin sayı 111.817 (69-cu yer)
Faylların sayı 9.661
Səhifələrin sayı 386.272
Redaktələrin sayı 2.617.088
İstifadəçilərin sayı 167.804
Aktiv istifadəçilərin sayı 211
İnzibatçıların sayı 13
Dərinlik 40,8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziyarətlər və redaktələr[redaktə | mənbəni redaktə et]

Afrikaansca Vikipediya bütün Vikipediya axtarışlarının 0,008%-ni təşkil edir. 1 iyul 2009-cu il və 30 sentyabr 2013-cü il tarixləri arasında afrikaansca Vikipediyanı ən çox ziyarət edənlər bu ölkələrdir: Cənubi Afrika Respublikası CAR (64.0%) ABŞ ABŞ (5.5%) Almaniya Almaniya (4.1%)  Digər (26.4%)

Afrikaansca Vikipediya, Cənubi Afrikadakı bütün axtarışların İngiliscə Vikipediyanın 92,7%-dən sonra 2,2%-ni təşkil edir. Namibiyada ingiliscə (85,3%), almanca (5,7%) və portuqalca (1,5%) Vikipediyalardan sonra afrikaans Vikipediyası 1,2% istifadə olunur.[2]

Bütün almanların redaktələrinin 0,1%-i, bütün belçikalıların redaktələrin 0,3%-i və cənubi afrikalıların redaktələrinin 24,4%-i afrikaansca Vikipediyada baş tutur.[3] Hollandiya və Belçikanın afrikaansca Vikipediyaya daxil olması çox güman ki, afrikaanscaniderlandca arasındakı dil əlaqəsi ilə bağlıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Wikipedia:2001", English-language Wikipedia (16 December 2006)
  2. Wikimedia Traffic Analysis Report – Wikipedia Page Views Per Country – Breakdown Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine. Stats.wikimedia.org. Retrieved on 23 November 2013.
  3. Africa Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine. Stats.wikimedia.org. Retrieved on 23 November 2013.