Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 saniyə əvvəl Toghrul R (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Ahmedowsky Trio — Azərbaycan caz musiqi qrupu.[1]
Ahmedowsky Trio | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | Caz, Funk |
Fəaliyyət illəri | 2016 - indiyədək |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Heyət |
Babək Əhmədov Xudayat Əhməd Məhəmməd Lətifli |
https://ahmedowsky.bandcamp.com/ |
2016-cı ildə Babək Əhmədov (Ahmedowsky) tərəfindən qurulub.[2][3] Qrupun musiqi üslubu əsasən caz, neo-funk, caz-muğam[2] və ya asid caz[4][3] kimi təsvir edilir. Qrup Azərbaycandakı Hard Rock Cafe kimi yerli səhnələrdən əlavə, Gürcüstanda One Caucasus Festival[5][6], Türkiyədə İstanbul Caz Festivalında[7] və başqa xarici ölkələrdə konsertlərlə çıxış edib. Qrupun ilk albomu "Sketches of Vagif" 20 dəqiqəlik olub Vaqif Mustafazadənin yaradıcılığına həsr edilmişdi.[8] Qrup daha sonra 2018-ci ildə Caspian Broadcasting və 2024-cü ildə Yollar adlı albomlar yayımlayıb.
Albomun adı | Çıxış tarixi |
---|---|
Sketches of Vagif | 28 aprel 2017 |
Yollar | 14 mart 2024 |
Albomun adı | Çıxış tarixi |
---|---|
Caspian Broadcasting | 22 iyun 2018 |