Azərbaycan cazı

Azərbaycan cazıcaz musiqisinin qollarından biri. Bu janr Sovet İttifaqının teleoloji rəsmi siyasəti nəticəsində kök saldı və zaman keçdikcə, Azərbaycan xalq musiqisimuğam harmoniyası ilə birləşdirərək ifa etməsi nəticəsində yerli Azərbaycan mədəniyyətində öz yerini tutdu.[1]

Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Azərbaycanın müasir mədəniyyət məkanında yayılmış iki növ caz vardır.[1] Biri, Qərb cazına bənzəyən lakin yerli muğam çalarlarının da əlavə edildiyi klassik hökumət dəstəkli cazdır.[1] Digəri isə caz harmoniyalarından istifadə edilərək Bakının dəbdəbəli restoranlarında ifa edilən və pop mahnılarını xatırladan cazın stilizasiyasıdır.[1] Əvvəldən etibarən, Azərbaycan cazı rəsmi hakimiyyət tərəfindən yaradılmış və məşhurlaşdırılmışdır.[1] Həmçinin, bu caz müstəqil respublikanın milli ideologiyasına daxil edilib və hələ də edilməkdədir.[1] Azərbaycan cazının fərqləndirilməsi ilə yanaşı, bu fakt hökumət və vətəndaşlar arasında qarşılıqlı əlaqədə də, gündəlik həyatın milli ideologiyaya nüfuzu prosesində də müzakirələrə səbəb olur.[1]

1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış və bu janrı "caz-muğam" adlandırmşdır. 2000-ci illərdə Bakı Beynəlxalq Caz FestivalıQəbələ Musiqi Festivalı kimi caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı.

1920-ci illərdə Azərbaycan SSR-nin tərkibində olan ilk dövrdə Azərbaycan cazı Bakıda məşhurlaşdı.[1]

Azərbaycan cazının bünövrəsi 1930-cu illərin sonunda NiyaziTofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur.[1][2] Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksofon, royal, gitara və zərb alətlərindən ibarət idi.[2] Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi.[2] Milli folkloru çox gözəl bilən Tofiq Quliyev Azərbaycan musiqi tarixində ilk dəfə olaraq, cazı muğamla birləşdirməyə çalışdı.[1] Bakıdakı musiqi alimləri özünün amerikan svinq musiqisi ifası vaxtı bəstəkar Quliyevin saksafonistlərdən birinə çahargah (ikiqat harmonik major) məqamında improvizasiya etməsini necə tapşırdığını təsvir edirlər.[1]

1940-cı illər

[redaktə | mənbəni redaktə et]
Tofiq Əhmədov, 1960-cı illərdə Azərbaycanın radio və televiziyasının caz orkestrinin rəhbəri.

1941-1945-ci illərdə və İkinci dünya müharibəsi qurtarandan sonra "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olmuşdu.[3]

1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu və cazmen Pərviz Rüstəmbəyov olmuşdur.[3] "Sovet Benni Qudmeni" adlandırılan Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz caz orkestrini yaratmışdır.[3]

1950-ci illərdə SSRİ-nin qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurdu.[3] Ancaq bütün bu qadağalara baxmayaraq, bu musiqinin pərəstişkarları bir yerə toplaşır, qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.[3] Bakıda caz orkestrlərinin populyarlığının zirvəsi 1950-60-cı illərinə təsadüf etmişdir.[4] Bakının iki-üç restoranında səslənən sadə fokstrot sədaları arasında svinq musiqisi şəhərin salonlarına, kinoteatrlara, tələbə rəqs meydançalarına yol tapdı.[4]

Həmin dövrdə caz musiqisini "estrada" adı altında pərdələyərək Moskvanın çoxsaylı konsert və teatr salonlarında geniş istifadə edirdilər.[5][6] Tofiq Əhmədovda cazla belə "üstüörtülü" halda məşğul olmaq məcburiyyətində qalmışdı.[6] O, axşamlar klub orkestrində çalışırdı. Alt-saksafonda mahir ifası ilə dinləyicilərin zövqünü oxşayırdı.[6]

1950-ci illərin əvvəlindən 1960-cı illərin sonuna qədər Bakının caz həyatının "mərkəzi" Azərbaycan Neft-Kimya İnstitutunda keçirilən tələbə gecələri idi.[7] Azərbaycan cazının bütün sənətçiləri buraya toplaşırdı.[7] Hər il yaz axşamlarının birində Azərbaycanda caz kollektivləri Azərbaycan Neft-Kimya İnstitutunun akt zalında çıxış edirdi.[7] Oyrat Rüstəmzadə o günləri belə xatırlayır:

" Bu axşamlara düşmək çətin məsələ idi. Bu tədbirlərin əhatə etdiyi geniş auditoriya - sözün həqiqi mənasında ruhən və mənən azad insanlardan ibarət idi. Belə konsertlərdə əsasən svinq, diksilend, bir də bizim musiqiçilərin "Amerikanın səsi" radiostansiyasının dalğalarında eşitdikləri repertuardan nümunələr ifa edilirdi.[7] "

Gənc ifaçılar caz kompozisiyalarını özlərinin başa düşdükləri kimi, onların dünya görüşünün və musiqi mədəniyyətinin imkan verdiyi səviyyədə təqdim edildilər. "Günəşli vadinin serenadası" filminin musiqisi Azərbaycanlı cazmenlərin himninə çevrilmişdi.[7] Hər bir konsertin əvvəlində və sonunda Qlen Millerin musiqisi səslənirdi.[7]

1960-cı illər

[redaktə | mənbəni redaktə et]

1960-cı illərdə cazın müəyyən dairələrdə kifayət qədər qəbul edilməməsi ucbatından bu sahədə ciddi boşluq vardı.[6] Ona görə də Tofiq Əhmədov caz əsərləri yazmağa başlayır və onlarda milli musiqi ahənglərindən, ladlardan istifadə edirdi.[6] O, xalq mahnılarını caz üslubunda aranjiman edir, onların üzərində işləyərək orkestr üçün fantaziyalar yaradırdı.[6] Bunlarla yanaşı, instrumental musiqilər də bəstələyir və həmin əsərlərin solo hissələrini özü ifa edirdi.[6]

Vaqif Mustafazadənin pianosu

1960-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq QuliyevRauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır.[3] Bundan əlavə, Azərbaycanda "Qaya", Rafiq Babayevin kvarteti yaranır və nəhayət Vaqif Mustafazadə dövrü başlanır.[3] Vaqif Mustafazadə şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edib, yurdunun dinləyiciləri üçün isə cazı doğma muğam dilində səsləndirirdi.[3] Məşhur caz tənqidçisi Velis Konover deyib:

" Vaqif Mustafazadə ekstra ifaçıdır. O, dinlədiyim lirik caz ifaçıları arasında ən gözəl ifaçıdır.[3] "

Mustafazadə improvizasiyanın azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas hissəsinə çevrilmişdi.[3] Vaqif Mustafazadə 1960-cı illərin əvvəllərində musiqidə yeni axın - "caz-muğam" axınını yaradır.[3] 1967-ci ilin iyunda Bakıda yerləşən Yaşıl Teatrda ilk caz festivalı keçirildi.[7] "Yaşıl teatr"da keçirilən ilk festivalda Bakını üç kollektiv təmsil edirdi: Rafiq Babayevin kvarteti, kinoteatrların yığma orkestri, bir də hazırda Moskvada yaşayan və işləyən Arzu Hüseynovun qrupu.[7] 1968-ci ildə keçirilən növbəti festival Əl oyunları sarayında təşkil edilmişdi.[7] 1968-ci ildə keçirilən festivalda birinci festivalın iştirakçısı olmuş kollektivlərdən əlavə, caz müğənnisi Mənsur Qasımov, eləcə də Vaqif Mustafazadənin triosu (o özü, T.Cəfərov və N.Adilyarov) çıxış edirdi.[7] Bu festivala Moskvadan və Kuybışevdən də musiqiçilər gəlmişdi.[7] 1969-cu ildə Bakıda növbəti, bu dəfə daha sanballı və genişmiqyaslı caz festivalı keçirildi.[7] Festivalın ilk günündə mahnılar, ikinci günündə isə caz musiqisi ifa edilirdi.[7] Festivalda Gürcüstandan, Estoniyadan, RSFSR-dən gəlmiş musiqiçilər və azərbaycan nümayəndələri çıxış edirdi.[7] Məhz 1969-cu ildən sonra azərbaycanlı caz musiqiçilərini SSRİ-nin başqa şəhərlərində keçirilən festivallara tez-tez dəvət etməyə başladılar.[7]

Bakıda caz sürətlə inkişaf etməkdə idi. Caz musiqisi kinoteatrların foyelərindən rahat restoranların salonlarında tez-tez ifa olunurdu.[7] Vitali Vladimirovun caz orkestri hər axşam Bakıda ən prestijli "Kotton Klab" Kirov adına parkda yerləşən "Dostluq" ("Drujba") restoranında çıxış edirdi.[7]

1970-ci illərdə bakılı caz musiqiçilərin bəziləri xarici ölkələrə mühacirət etdi, lakin yeni ideyalarla zəngin olan yeni cazmenlər yetişməkdə idi.[7] Həmin dövrdə Azərbaycan cazı əsl tərəqqi dövr yaşayır, onun aurası genişlənirdi.[7] 1970-ci illərdə və 80-ci illərin əvvələrində "Qızıl payız" festivalları, Vaqif Mustafazadənin xatirəsinə həsr etmiş "Bakı-83" festivalı və digər tədbirlər keçirildi.[7] Həmin dövrdə "Qaya" ilə yanaşı "Bakının işıqları", "Biz Bakıdanıq", "Bakı gülür və oxuyur", "Bakı sizinlədir" və başqa caz kollektivləri çox populyar idi.[4] 1970-cı və 80-ci illərdə Bakıda caz orkestrı vardı.[4] 1979-cu ildə Vaqif Mustafazadənin ölümündən sonra, onun işini qızı Əzizə Mustafazadə davam etdirmişdir.[3]

1980-cı illər

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə keçirilən "Bakı-1987" Ümumittifaq caz festivalı çox uğurlu oldu.[7] Bu festival zamanı Sovet İttifiqanın ən populyar caz qruplarının hamısı Bakıda toplaşmışdı.[7] Azərbaycanın caz sənətini Rafiq Babayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Teleradiosunun solistlər ansamblı, pianoçu Vaqif Sadıxov, Teymur Mirzəyevin başçılığı ilə Caz-Xor, pianoçu Rövşən Rzayevin rəhbərliyi altında Caz-Kvartet və hələ gənc, Bülbül adına Orta ixtisas musiqi məktəbinin məzunu 17 yaşlı Əzizə Mustafazadə layiqincə təmsil etmişdilər.[8] Həmin ildə yaşında olan Əzizə Mustafazadə Vaşinqton şəhərində "Teloyenus Monk" (ing. Thelonious Monk) adına piano müsabiqəsində birincilik qazanmışdır.[9]

1980-ci illərin sonlarında baş verən məlum hadisələr nəticəsində Azərbaycanda cazın inkişafında ciddi geriləmə oldu. Azərbaycan cazının formalaşmasında çox böyük rol oynamış Rain Sultanovun və digər musiqiçilərin Bakıdan köçüb getməsi Azərbaycan cazında müəyyən boşluq yaranmasına səbəb olmuşdu.[10] Bir tərəfdən də musiqiçilər caz ifaçılığı hesabına pul qazanmaq, öz ailələrini saxlamaq imkanından məhrum idilər.[10] İfaçıların çoxu toylarda pul qazanmağa başlamışdı.[10]

1990-cı illər

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır.[11] O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.[11] 1994-cü ildə Bakı metrosunda baş vermiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır. Həlak olanların arasında Rafiq Babayevdə var idi.[12]

1990-cı illərin ikinci yarısında “intellektual cəhətdən həvəsli olan orta və yuxarı təbəqə idarəedicilərinin” ölkəyə gəlməsi nəticəsində Bakıda çox sayda caz klubları açıldı.[1] 1996-cı ildə Salman Qəmbərovun Bakıda yaratdığı "Bacustic jazz" və Rain Sultanovun "Syndicate" qrupu dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrdə rəğbətlə qarşılanmışdır.[3][13][14]

Bakıda cazın dirçəlişi ilk və uzun bir müddət üçün yeganə olacaq tipik caz klubunun açılmasına təkan verdi. 4 oktyabr 1997-ci ildə Azərbaycan Dövlət Kukla Teatrının qarşısında, Əzizə Əliyeva küçəsində yerləşən Karvan Caz Klubu qapılarını tamaşaçıların üzünə açdı.[1] Bu, özəl şirkətlər tərəfindən dəstəklənən Azərbaycan Yaradıcı Gənclər Birliyinin (bu gün "Yeni Gallery" Bakı İncəsənət Mərkəzi kimi tanınır) quruluşçu rejissorlarından biri olan Müslüm Eldarov (1956-2003) tərəfindən yaradılmışdı.[1] Cazın improvizasiya pərəstişkarı Karvanı "saf cazın azad olunmuş ətraf-mühiti" və "rəsmilikdən uzaq" klub kimi xatırlayır.[1] Bakının caz həyatı keyfiyyətli musiqi aranjımanları, rahat, səmimi abu-havası və müntəzəm dinləyicilər qrupu sayəsində Karvan ətrafında cəmlənmişdi.[1]

Bakı Beynəlxalq Caz Festivalının afişası

2000-ci illərdə Bakı Beynəlxalq Caz FestivalıQəbələ Musiqi Festivalı kimi caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı.[15] 2000-ci il 21 mayda Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədi ilə "Bakı Caz Mərkəzi" yaradıldı.[16][17] 2002-2004-cü illərdə keçirilmiş "Caspian Jazz and Blues Festival" seriyasından olan festivallar caz pərəstişkarları və ümumiyyətlə musiqisevərlər tərəfindən birmənalı qiymətləndirilmədi.[18] Bu seriyanın başlanğıcı, yəni 2002-ci ildə keçirilmiş ilk festival iştirakçıların tərkibinə görə nisbətən samballı olsa da növbəti festival zəif, axırıncısı isə açıq aşkar uğursuz oldu.[7][19] 2005-ci ildə Bakıda cəmi iki caz orkestri var idi — Bakı Dövlət Sirkinin "Arena" orkestri və Azərbaycan Dövlət Teleradio Şirkətinin Estrada-simfonik orkestri.[4]

Karvan Klubu 2006-cı ildən etibarən təxminən on ildir fəaliyyət göstərir və digər yerlərinin daha çox məşhurlaşdığı bir vaxtda tədricən əhəmiyyətini itirirdi.[1] 2007-ci ildə Şahin Növrəsli İsveçrənin Montrö şəhərində keçirilən 41-ci beynəlxalq caz festivalında II yeri tutmuşdur.[20]

2010-cu il 18 iyulda İsveçrədə keçirilən Montrö Caz Festivalında, İsfar Sarabski “Bösendorfer” solo piano müsabiqəsinin qalibi oldu.[21] 2011-ci ildə Emil Əfrasiyab Montrö Caz Festivalında mükafata layiq görülmüşdür.[22]

Azərbaycan cazının janrları

[redaktə | mənbəni redaktə et]

1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır.[23][24] Cazdan fərqli olaraq, caz-muğam metr sistemini təqib etmir.[25] Bu janrda həm ritm, həm ölçülər improvizasiya olunur.[25] Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.[26]

Görkəmli sənətçilər

[redaktə | mənbəni redaktə et]
Salman Qəmbərov · Rafiq Babayev · İsfar Sarabski
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Strzemżalska, Aneta. "Rəsmi və qeyri-rəsmi millətçilik. Azərbaycanda caz ifaları". bakuresearchinstitute.org. bakuresearchinstitute.org. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2018.
  2. 1 2 3 "Korifeyler". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Azerbaijani jazz". www.azerbaijans.com. www.azerbaijans.com. 12 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  4. 1 2 3 4 5 Nəcəfov, Ceyhun. "ORKESTRƏ REKVİYEM". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  5. Allahverdiyeva, Sheyda. "Jazz, The Music Of Freedom Surviving The USSR". chai-khana.org. chai-khana.org. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2017.
  6. 1 2 3 4 5 6 7 Təhmirazqızı, Səadət. "Görkəmli bəstəkar, ifaçı və musiqi təşkilatçısı". www.anl.az. www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 "XƏZƏR SAHİLLƏRİNDƏ "YENİ ORLEAN"". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  8. Hüseynova, Lalə. "BAKININ FESTİVAL TARİXİNDƏN SƏHİFƏLƏR..." jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  9. Blair, Betty. "All Eyes On Aziza". www.azer.com. Azerbaijan International. 23 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  10. 1 2 3 "NURU ƏHMƏDOV". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 11 March 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  11. 1 2 "Rafiq Babayev: 31.03.1937 - 19.03.1994". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  12. "Rafig Babayev-70". Jazz Dünyası. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-29.
  13. "SALMAN QƏMBƏROVUN DÖRD FOKUSU – DÖRD TƏCƏSSÜM". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  14. "Rain Sultanov's bio". www.musiqi.az. www.musiqi.az. İstifadə tarixi: 12 January 2016.[ölü keçid]
  15. "IV Габалинский фестиваль собирает музыкантов мира". www.vestikavkaza.ru (Russian). 26 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  16. "Bakı Caz Mərkəzi bağlandı". deyirman.com. deyirman.com. İstifadə tarixi: 12 January 2016.[ölü keçid]
  17. "CAZ MƏRKƏZİNİN İNTİBAHI". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  18. "Caspian Jazz and Blues Festival - Baku". www.azer.com. Azerbaijan International. 25 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  19. "Rain Sultanov". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  20. "Azərbaycanlı cazmen Şahin Növrəsli beynəlxalq festivalda II yerə layiq görülmüşdür". www.anl.az. www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  21. "İSFAR MONTRÖDƏ QALİB GƏLDI". jazzdunyasi.jazz.az. jazzdunyasi.jazz.az. 10 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  22. ""Saint-Germain-des-Pres" caz festivalının əsas ifaçısı Emil Əfrasiyab idi". azertag.az. azertag.az. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
  23. "Azerbaijan - Mugham and Modernism". www.worldmusic.net. www.worldmusic.net. 21 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
  24. Esslemont, Tom. "Azerbaijan mugham music makes revival". bbc.co.uk. BBC. İstifadə tarixi: 13 January 2016.
  25. 1 2 "Victor Kotov". musideum.com. musideum.com. 17 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
  26. "Bu gün Vaqif Mustafazadənin doğum günüdür". news.lent.az. news.lent.az. 27 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.