Ahmet Önal (1983, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı.[1]
Ahmet Önal | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin XXVII və XXVIII çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Kırıkkale ili 2023 — Kırıkkale ili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1983 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Ahmet Önal 1983-cü ildə Kırıkkale ilində anadan olub. Kırıkkale Universitetinin Hüquq bölməsini bitirib.[1]
Kırıkkale Vəkillər Kollegiyasında çalışıb.[1]
Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2015–2018-ci illərdə CHP Kırıkkale il şöbəsinin sədri olub. 2018 və 2023-cü illərdə Kırıkkale ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27-ci və 28-ci çağırışda Milli Müdafiə Komissiyasının üzvü olub.[1]
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]