Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadənin quruluş verdiyi "Aida İmanquliyeva" sənədli-bədii televiziya filmi 2018-ci ildə İctimai Televiziyada istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan Şərqşünaslıq elminin görkəmli nümayəndəsi, Ərəb məhcər ədəbiyyatının ilk araşdırıcılarından biri, Azərbaycanın ilk qadın Şərqşünas alimi, filologiya elmləri doktoru, dəyərli zayalı kimi xatirələrdə ehtiramla anılan Aida İmanquliyeva haqqındadır.
Aida İmanquliyeva | |
---|---|
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Vasif Məmmədzadə |
Ssenari müəllifi | Eldar İsgəndərzadə |
Operator | Emin Rəhimov |
İstehsalçı | Carçı Film |
İlk baxış tarixi | 10 oktyabr 2018, İTV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2018 |
Rəng | rəngli |
Sənədli televiziya filmi görkəmli şərqşünas alim Aida İmanquliyevanın maraqlı həyat və yaradıcılığına həsr olunub. Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O,132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), direktor vəzifələrində çalışıb (1991-ci ildən). Bütün bunlar haqqında ekran əsərində geniş məlumat verilir, alimin çoxşaxəli və zəngin yaradıcılığı işıqlandırılır.
Filmdə görkəmli alimi tanıyanlarının, tələbələrinin, davamçılarının, tanımış elm adamlarının, ziyalıların onun mənalı və zəngin elmi yaradıcılığı barədə maraqlı söhbətləri təqdim olunur.